Dadı damaqda qalan desert resepti

Dadı damaqda qalan desert resepti
Şirniyyat və Tortlar
10.09.2017 54
Bu desertin özəlliyi ondadır ki, hazırlanmasında cəmi 3 ərzaqdan istifadə edilir.

 

Tərkibi:

3 ədəd yumurta

150 qram ağ şokolad

150 qram maskorpone pendiri

 

Hazırlanması:

Ağ şokoladı dilimləyib şüşə qabda qaynar su ilə dolu qazanın üstünə qoyun. Lakin qabın suya dəyməməsinə diqqət edin. Yumurtaların sarısını və ağını ayırıb ayrı-ayrı qablara tökün. Yumurtanın ağını mikserlə qatılaşana qədər çalın. Ağ şokolada pendir əlavə edib qaşıqla qarışdırın. Üzərinə  yumurta sarısını, sonra ağını əlavə edib asta-asta qarışdırın. Girdə
və istiliyə dayanıqlı şüşə qaba yağlı kağız sərib hazırladığınız
qarışığı ora tökün. Səthə çıxan qabarcıqların getməsi üçün qəlibi
bir-iki dəfə mətbəx masasına vurun. Böyük soba sinisinə iki barmaq
qalınlığında isti su töküb şüşə qəlibi onun içinə qoyun.

 

Deserti
əvvəlcədən isidilmiş 170 dərəcə istilikdə olan sobada 15 dəqiqə, sonra
160 dərəcədə 15 dəqiqə bişirin. Axırda sobanı söndürün. Desertin öz
temperaturunda daha 15 dəqiqə bişməyini gözləyin. Otaq temperaturunda tamamən soyudun. Qəlibindən çıxardıb üzərinə şəkər kirşanı səpib dilimləyin.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!