Asan hazırlanan darçınlı şirniyyat resepti

Asan hazırlanan darçınlı şirniyyat resepti
Şirniyyat və Tortlar
10.09.2017 36
Bir çox restoranlarda çayın yanında almalı, darçınlı şiniyyat verilir. Bu dadlı şirniyyatı ev şəraitində hazırlaya bilərsiniz.



Tərkibi:

3 ədəd alma

1 stəkan su

2 xörək qaşığı qarğıdalı unu

2 çay qaşığı darçın

1 çay qaşığı təzə limonun şirəsi

7-8 ədəd lavaş

Yarım kasa şəkər tozu

Duz

Qızartmaq üçün yağ



Hazırlanması:

İçliyi hazırlamaq üçün su, qarğıdalı unu, duz və limon şirəsini
qarışdıraraq qaynadın. 5 dəqiqə sonra nisbətən qatılaşan qarışığa
almaları əlavə edin. Almalar yumşalana kimi bişirin. İçlik hazır
odluqdan sonra soyumağını gözləyin.



Kənarda bir qabda darçınla şəkər tozunu qarışdırın. Darçınlı qarışığı
almalı içliyə əlavə edin. İçliyi lavaşın üzərinə yayıb, lavaşa
istədiyiniz formanı verin. Lavaşları yağda qızardın. Şirniyyatı süfrəyə
dondurma ilə verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!