Portağallı keks resepti

Portağallı keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 24
Payız-qış
mövsümünün sevilən meyvələrindən olan portağal şirniyyatlara da xüsusi
dad verir. Odur ki hər hansı bir keksə təzə sıxılmış bol vitaminli
portağal şirəsi əlavə edərək fərqli bir dada sahib portağallı keks
hazırlaya bilərsiniz. Belə bir keks kiçikdən-böyüyə hər kəsin çay
süfrəsində arzu etdiyi bir şirniyyatdır.



Əzizləriniz
tərəfindən bol tərif eşitmək istəyirsinizsə Qadınlar.biz-in sizə təqdim
etdiyi portağallı keks reseptindən istifadə edərək dadlı bir şirniyyat
hazırlayın.



Tərkibi:

1 stəkan şəkər tozu

3 ədəd yumurta

1 stəkan süd

1 stəkan təzə sıxılmış portağal şirəsi

Yarım stəkan günəbaxan yağı

3 stəkan un

1 paket qabartma tozu

Az miqdarda darçın



Hazırlaması:

Əvvəlcə
3 ədəd yumurta ilə 1 stəkan şəkər topzunu köpüklənənə qədər yaxşıca
çalın. Lazım olan qədər çaldıqdan sonra qarışımın üzərinə 1 stəkan südü
və meyvə şirəsi də əlavə edib, mikser vasitəsi ilə çalmağa dava edin.
Daha sonra qabartma tozu və günəbaxan yağını da əlavə edib, yavaş-yavaş
un qataraq qarışdırmağa davam edin. Ən sonda darçın əlavə edib 180
dərəcə temperaturlu sobaya qoyub, keksinizi bişirin. 



Keksin üzərinə zövqə görə şəkər kirşanı da səpə bilərsiniz.



Sevdiyiniz hər kəsi çay süfrəsinə dəvət edib sevə-sevə nuş edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!