Limonlu tort resepti

Limonlu tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 9
Tərkibi:

Xəmir üçün:


1 yumurta

100 qram kərə yağı

2 xörək qaşığı şəkər tozu

Yarım paket vanil

Yarım paket qabartma tozu

Apardığı qədər un

 

Üstü üçün:

1 yumurtanın sarısı

 

İçlik üçün:

1 ədəd limon

1 ədəd banan

1 ədəd alma

1 ədəd kivi

1 ədəd sürtgəcdən keçirilmiş limon qabığı

1 xörək qaşığı şəkər tozu

 

Hazırlanması:

Əvvəlcə
tortun xəmirini hazırlayın. Bunun üçün undan savayı sadalananların
hamısını bir qaba töküb qarışdırın. Sonra qarışdıra-qarışdıra unu əlavə
edin. Xəmir qatı olmalıdır. Hazır olduqda 15 dəqiqə gözləyin. Sonra
xəmiri yağlanmış soba qabına qoyub yayın. Xəmir qabın kənarlarından bir
qədər kənara çıxmalıdır. Üzərinə kub şəklində doğranmış banan, alma və
kivi düzün. Sonra isə sürtgəcdən keçirilmiş limon qabığı səpin. Limon
dilimlərini də düzüb, şəkər pudrası səpin. Kənarlardan sallanan xəmiri
ilə meyvələrin üzərini qismən bağlayın. Üstünə çalınmış yumurta sarısı
sürtün. 170 dərəcədə qızdırılmış sobaya qoyub azca qızarana qədər
bişirin.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!