Mannik piroqu resepti

Mannik piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 11
Şirniyyatlardan
çox adam piylənmə yaratdığı üçün qaçmağa çalışır. Lakin gündəlik qida
rejimində müəyyən qədər şirniyyat da yemək lazımdır. Şirniyyatlar əsasən
iş zamanı daha çox yeyilir. İş arasında çayla ağzınızı dada gətirərərək
sizə stimul veirir. Odur ki, artıq mağazalardakı, hazır satılan
şirniyyatların qablaşdırma paketi üzərindəki biskivit şəkillərinə baxıb
köks ötürməyə dəyməz. Özünüz həm dadlı, həmdə gözəl dizaynda
şirniyyatları evdə hazırlaya bilərsiniz. 



Qadınlar.biz  sizə dadlı "Mannik” şirniyyatının hazırlamaq qaydasını təqdim edir.



Tərkibi:

1 stəkan kefir

3 ədəd yumurta 

1 stəkan mannı

1 stəkan şəkər tozu

5 xörək qaşığı un

1 çay qaşığı çay sodası

1 çay qaşığı vanil.



Hazırlanması:

Əvvəlcə kefirlə yumurtaları yaxşıca
qarışdırıb, üzərinə mannını əlavə edərək, şişməsi üçün 40 dəqiqə
gözləyin.Daha sonra xəmirə un, vanil, şəkər tozu, tökərək, yaxşıca
qqarışdırın. Daha sonra bişirəcəyiniz formaya xəmirin bişdikdən sonra
yapışmaması üçün yaxşıca yağ çəkin. Xəmiri əlavə edib, 200 dərəcə
temperaturda 35-40 dəqiqə bişirin. Hazır piroqun üzərinə şəkər kirşanı
əlavə edərək sevdiklərinizlə nuş edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!