Makaron şirmiyyatı resepti

Makaron şirmiyyatı resepti
Şirniyyat və Tortlar
10.09.2017 23
Makaron
şirniyyatları son zamanlar ən dəbdə olan şirniyyatlardan biridir. Bu
rəngli balaca şirniyyatlara qarşı heç kim biganə qala bilmir. Bəs onları
hazırlamaq üçün nə lazımdır? Düzdür makaron hazırlamaq asan olsa da,
çox diqqət tələb edir. 



Makaronlar bişərkən sobanın qapağı tez-tez açmaq olmaz. Bişdiyini
bilmək üçün onu ortasına nazik bir bıçaq batıraraq yoxlama olar.
Qadınlar.biz  sizin üçü "Makaron” şirniyyatının reseptini təqdim edir.

 

Tərkibi:

Xəmiri üçün:


100 qr şəkər pudrası

50 qr badam (narın çəkilmiş)

2 ədəd yumurtanın ağı

4 xörək qaşığı şəkər tozu



Şokoladlı krem üçün:

1 paket tünd şokolad (80 qr)

0.5 stəkan kakao

30 qr kərə yağı



Fısdıqlı krem üçün:

40 qr duzsuz püstə

1 stəkan Şəkər

100 qr kərə yağı



Portağallı krem üçün:

100 qr kərə yağı

1 stəkan portağal suyu

2 stəkan şəkər tozu

3 ədəd yumurtanın sarısı

2 ədəd yumurta

1 portağal

2 xörək qaşığı nişasta



Hazırlanması:

Badam qarışığı əldə etmək üçün şəkər pudrası və badamı blender
vasitəsi ilə toz halına gələnə qədər üyüdün. Yumurtanın ağını mikserin
orta sürətində köpüklənənə qədər beş dəqiqə ərzində qarışdırın. Daha
sonra mikserin sürətini artırıb xörək qaşığı şəkər tozunu əlavə edərək 4
dəqiqə qarışdırın.

Əldə etdiyiniz badamlı qarışığını süzgəcdən keçirin. Yumurta ağı və
şəkər tozunu mikserdən hazırladığınız qarışığa əlavə edin. Tam həll
olunana qədər qaşıqla qarışdırın. 



Xəmiri sıxma torbanın içinə əlavə edərək 2 sm ölçüdə dairəvi formada
sobanın sinisinə qoyulan yağlı falqa kağızın üstünə sıxın. Makaronlar
170 dərəcəyə istilikdə 10 dəqiqə ərzində bişir. Soyuyandan sonra arasını
kremləyin. 



Xəmirə müxtəlif rənglər qatmaq olar. 




 

 

 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!