Asan hazırlanan kəsmikli keks resepti

Asan hazırlanan kəsmikli keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 149
Bu cür şirniyyatları səhər yeməyindən imtina edən uşaqlar da sevərək yeyəcək.

Ağartı
məhsulları kalsium bolluğuna görə hər zaman mütəxəsislər tərəfindən
yeyilməsi tövsiyyə edilir. Qatıq, şor, kəsmik və s kimi vitaminli bu
məhsullar orqanizm üçün çox faydalıdır. Xüsusəndə kiçik yaşda uşaqlara
yeyilməsi vacib olan ağartı məhsullarını adi halda yeyə bilmirsinizsə
onlardan müxtəlif şirniyyatların tərkibində istifadə edə bilərsiniz. Bu
cür şirniyyatlar səhərlər yemək yeməkdən imtina edən uşaqlar da sevərək
yeyəcək.



Bu cür keks reseptlərdən birini Qadınlar.biz  sizə təqdim edir:



Tərkibi:

200 q şəkər tozu

3 ədəd yumurta

150 q kərə yağı

200 q un

4 xörək qaşığı qara üzüm (kişmiş)

200 q kəsmik

1 çay qaşığı qabartma tozu.



Hazırlanması:

Əvvəlcə yağı əridin. Yumurta ilə şəkər tozunu qarışdırıb, yaxşıca
çaldıqdan sonra üzərinə, kəsmik, yağ və qabartma tozunu əlavə edə
bilərsiniz. Davamında qarışdıra-qarışdıra unu da üzərinə əlavə edin.

Xəmirə yuyub, qurutduqdan sonra üzümləri əlavə edərək, kəsmikli
xəmirdən az-az götürüb, kağız formalara əlavə edin. 180 dərəcə
temperaturda qızdırılan sobaya qoyub, 15-20 dəqiqə bişirin.

Ən sonda üzərinə şəkər kirşanı əlavə edib, doğmalarınızla nuş edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!