Yeni il peçenyeləri resepti - FOTO RESEPT

Yeni il peçenyeləri resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 7
Yeni ili hər kəs bir cür qarşılayır. Amma ailədə azyaşlı uşaqlar varsa,
xırda detallara qədər düşünməlisiniz. Balacalar bayramı hələ bir neçə ay
qalmışdan həyəcanla gözləyir. Çünki şirniyyat sevən uşaqlar
valideyinlərinin onları bolluca şirniyyatla təmin edəcəklərindən
əmindilər. 



Ən gözəli isə analarının evdə hazırlayacağı rəngli, çox dadlı,
qeyri-adi şirniyyatları böyük həyəcanla gözləyirlər. Elə bayrama-bayram
qatan doğmaları sevindirmək, körpələrinizin üzündə gülüşlərə səbəb
olmaqdır.



Odur ki, onlara sevinc bəxş etmək üçün əlinizdən gələni etmək
istəyirsinizsə Qadınlar.biz sizə təqdim etdiyi yeni il peçenyesinin
reseptindən yararlana bilərsiniz. Yeni il yolkası formasında və bunun
kimi digər maraqlı formalar verərək, uşaqlarınızı sevindirəcək bu
peçenyeləri hazırlamağa başlaya bilərsiniz.



Tərkibi:

100 q bal

1 paket darçınlı şəkər tozu

1 paket vanilli şəkər tozu

1 çay qaşığı kakao

60 q kərə yağı

1 ədəd yumurta

280 q buğda unu

2.5 çay qaşığı qabartma tozu

2 xörək qaşığı süd xəmirin üstünə sürtməyə

Hazır satılan bir neçə paket rəngli qlazurlar.



Hazırlanması:

Bal, darçınlı şəkər tozu, vanilli şəkət tozu və kakao əlavə edilərək,
qazanın altını yandırıb yaxşıca qarışdırın. Məhsullar tamamilə həll
olduqdan sonra soyuması üçün gözləyin.



Tam soyuduqdan sonra üzərinə yumurta əlavə edib, sürətli mikserlə
yaxşı-yaxşı çalın. Unu qabartma tozu ilə qarışdıraraq, az-az ballı
qarışıma əlavə edib, mikserlə həll edin. Ən sonda hazır olan xəmiri
paketə büküb soyuducaya qoyun.

Soyuduqdan sonra xəmirdən 0.5 sm qalınlıqda yuxa yayın. Yaydığınız
yuxalardan müxtəlif formalar kəsərək, 180 dərəcə qızdırdığınız sobada
12-13 dəqiqə bişirin.



Bişdikdən sonra tam soyudub üzərini rəngli qlazurlarla bəzəyib
süfrəyə, balacalara təqdim edə bilərsiniz. Rahatlıqla doğmalarınız üçün
hədiyyə paketi də hazırlaya biləcəksiniz.




 

 

 

 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!