Yeni il yolkası pirojnası resepti - FOTO RESEPT

Yeni il yolkası pirojnası resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 100
Tərkibi:

Xəmir üçün:


25 qr un

25 qr nişasta

75 qr şəkər

3 ədəd yumurta

1 çimdik duz

100 qr. çəkilmiş badam 


 

Bəzək üçün:

100 qr (fıstıq) fistaşka

100 qr ağ şokolad
 


 

Qar dənəcikləri üçün:

1 ç/q limon şirəsi

3 x/q şəkər pudrası
 


 

Hazırlanması:

İlk öncə qənnadı kağızını götürüb üzərində diametri
20 sm olan dairələr çəkirik. Çəkdiyimiz dairələri kəsib üç künc torba
şəklində bükürük. Torbaları skrepka ilə bərkidib şəkildə göstərildiyi
kimi stəkanın içinə qoyuruq.


Xəmir üçün yumurtaların ağını sarısından ayırırıq və ağları bir çimdik
duz və şəkər ilə yaxşıca çalırıq. Sonra səliqə ilə ayırdığımız sarılar
ilə qarışdırırıq.

Çəkilmiş badamı nişasta və un ilə
qarışdırıb çalınmış yumurtalara əlavə edirik. Alınmış xəmir ilə
hazırladığımız torbaları doldururuq.
 

15-20 dəqiqə 180 C dərəcədə bişiririk.

Biskvitlər soyuyana qədər bəzyi hazırlayiriq. Ağ şokoladı benmari üsulu ilə su vannasında əridirik və fıstıqla qarışdırırıq.  

Soyumuş niskvitləri kağızdan ayırıriq. Kist vasitəsi ilə biskvitlərə ağ şokoladı çəkirik və əzilmiş fıstıqlara batırırıq.

Limon şirəsi ilə şəkər pudrasını qarışdırıb yolkamızın üzərinə tökürük. Aysinq vasitəsi ilə də etmək olar.

Aysinqin üzərinə kiçik rəngli bəzəklər də yapışdıra bilərsiniz.

Yolkanın üzərinə qalan şəkər pudrasını səpirik

 

 

 

  Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!