Şokaladlı şarlotka resepti

Şokaladlı şarlotka resepti
Şirniyyat və Tortlar
10.09.2017 10
Balacadan
böyüyə əksər insanlar şirniyyyat yeməyi çox sevir. Bu elə bir qidadır
ki, kimə versən gözlərdə bir sevinc ifadəsi yaradır. Əsasən də balacalar
şirniyyat yeməyi çox xoşlayır.



Bu dəfə sizə şokaladlı şarlotka hazırlamaq qaydasını təqdim edirik.



Tərkibi:

200 q. Un

4 ədəd yumurta

1 stəkan şəkər tozu

1 qaşıq vanil

½ çay qaşığı darçın

2 xörək qaşığı kakao (üzərinə səpmək üçün 1 çay qaşığıda əlavə)

1 çay qaşığı qabartma tozu

1 çay qaşığı şəkər pudrası

5 ədəd armud.



Hazırlanması:

Yumurtanı
şəkər tozu ilə qarışdırıb, üzərinə ələnmiş un, kakao, qabartma tozu,
darçın və vanil əlavə edin. Sonra tamam həll olana qədər qarışdırın.
Armudları təmizləyib, çoxda xırda olmamaq şərti ilə doğrayın.



Sobanın listini yaxşıca yağlayaraq, xəmiri əlavə etdikdən sonra, üst hissəsinə təmizlənərək doğradığınız armudları qoyun.

Sobaya qoyaraq 30-35 dəq bişirdikdən sonra üzərinə şəkər pudrası və kakao əlavə edərək nuş edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!