Dadlı limonlu peçenye resepti

Dadlı limonlu peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 271
Tərkibi:

- Xama - 100 qr

- Kərə yağı - 100 qr

- Yumurta - 1 dənə

- Şəkər tozu - 1 stəkan

- Limon - 1/2 dənə

- Soda - 1/2 çay qaşığı

- Un - 2,5 stəkan



Hazırlanması:

1. Yumşaq kərə yağı şəkərlə yaxşı qarışdırılır.

2. Xama və yumurta əlavə edilir və yenidən yaxşı qarışdırılır.

3. Limon qabığını sürtgəcin kiçik güzündən keçiririk və yağlı-xamalı kütləyə əlavə edirik.

4. Limon şirəsini sıxırıq. Şirəyə soda tökürük, qarışdırırıq (soda köpüklənməlidir) və kütləyə əlavə edib yaxşı qarışdırırıq.

5. Un
əlavə edirik və xəmir yoğururuq (xəmir əllərə yapışmamalıdır). Unun
xüsusiyyətlərindən asılı olaraq reseptdən göstərildiyindən daha az və ya
daha çox un lazım ola bilər.

6. Xəmiri plyonkaya büküb soyuducuda 1 saat ərzində saxlayırıq.

7. Xəmiri yayırıq, xüsusi peçenye üçün olan formalarla fiqurlar kəsirik.

8. Tavaya perqament kağızı səririk, peçenyeni düzürük.

9. Peçenyeni əvvəlcədən 180 C kimi qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişiririk.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!