Yeni il evciyi resepti - FOTO RESEPT

Yeni il evciyi resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 29
Tərkibi:

Xəmir
üçün:


4 st un

Duz

1 paket
qabartma tozu

200 qr kərə
yağı

2oo qr şəkər
pudrası

5 x\q bal

4 yumurta
sarısı

1ç/q zənəcəfil

1ç/q
darçın(zövqə görə)

1 limonun
qabığı

Hil

razyana



Hazırlanması:
 


Lazım
olan ərzaqlarla xəmir yoğurub bir neçə saat soyducuda saxlayırıq. Çox dadlı xəmir
olduğu qədər də çox zərif xəmirdi, ona görə də ehtiyyatla işləmək lazımdır.

Evciyimizi
qurma qüçün bizə hazır qəliblər lazım olacaq. 15 sm eni, 17 sm hündürlüyü olan
ev şablonu kəsirik.

Bu şablona
uyğun xəmirdən iki ədəd kəsəcəyik- bu evimizin 4 divarından ikisi olacaq.

Sonra isə
eni və hündürlüyü 17 sm. Daha bir şablon hazırlayırıq

Evin
damının şablonun eni  14,5sm, uzunluğu isə
22 sm olacaq.

Perqament
kağızının üzərinə xəmiri  5-6mm qalınlığında
yayırıq. Nazik yaydıqda pryanik quru olacaq.

Hazır şablonları
xəmirin üzərinə qoyub kənar xətləri boyunca kəsirik. Artıq hissələri kəsib
çıxarırıq və xəmiri perqament kağızı ilə birgə soba nimçəsinə qoyuruq.



180C dərəcədə
hardasa 20 dəqiqə bişiririk.

Xəmir
soyumamış isti isti əvvəlcədən hazırladığımız şablonlara uyğun qapı və pəncərələri
kəsirik.


 

Pəncərənin
yerindən kəsib çıxardığımız hissəni tən ortadan iki yerə bölürük. Bütün hissələri
soyuduruq.

Qalan xəmirdən
yolka ağacı, altlığı üçün kiçik hissələr, trubalar, və ya hər hansı bir maraqlı
fiqurlaq kəsirik.

Pəncərlərə
içəridən şəkər pudrası və yumurta ağından hazırlaanmış qlazura batırılmış
marmelad yerləşdiririk.


 

Ağ qlazur
və ya aysinq hazırlamaq üçün bizə lazım olacaq:


Təxminən
5-6 yumurta ağı

Şəkər
pudrası

Limon şirəsi

Və qida
boyası

Bu qlazur
ilə həmçinin evi bəzəmək üçün  və hissələri
bir birinə yağışdırmaq üçün istifadə edəcəyik.

Qeyd;
aysinq tez quruduğu üçün  az az eləmək
lazımdır

Yumurta
ağlarını şəkər pudrası ilə tam qatılaşana qədər çalırıq, qida boyası və çox tez
qurumaması üçün limon şirəsi əlavə edirik.


 

Qlazuru
hazırladıqdan sonra evin divarlarını bir birinə yağışdırırıq.

Divarları
yapəşdərarkən yaxşı yapəşsən və aşmasın deyə banka söykəyin.

Qalıqları
təmizlədikdən sonra, qlazur quruduğuna görə evin damını yapışdırırıq və pəncərələri
bəzəyirik.

Əvvəlcə
damın bir hissəsini yapışdırırıq, bir az tutduqdan sonra ikinci hissəni.

Sonda evi
əridilmiş şokoladla  istdiyimiz kimi bəzəyirik.

Ən sonda qar
effekti yaratmaq üçün şəkər pudarsı səpirik.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!