Qızıl gül tartaletləri resepti

Qızıl gül tartaletləri resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

Kərə yağı 200q

Un 2 stk.

Şəkər tozu 1/2 stk.

Yumurta 2 ədəd

Alma 3-4 ədəd



Karamel üçün:

Şəkər tozu 100q

Su 60ml



Hazırlanması:

İlk
öncə kərə yağı, şəkər tozu və yumurtanı bir qaba tökün. Mikser vasitəsi
ilə bu qarışımı çalmağa başlayın. Qarışım krem halına gələnə kimi
çalmağa davam edin. Alınan qarışıma un elavə edib, əlinizlə xəmirinizi
yoğurmağa başlayın. Xəmirinizi yaxşıca yoğurduqdan sonra, onu "top"
formasına gətirib 1 saatlıq soyuducuya qoyun. Bərkimiş xəmiri oxlov ilə
3-4 ml qalınlığında yaymağa başlayın. Tartaletlər üçün formaların
həcminə uyğun yayılan xəmirinizi hissələrə bölün. Hər bir hissəni
formaya yerləşdirib, tartaletlərə forma verin. 

Almaları
qabığından təmizləyib, ehmalca sürtgəcdən keçirin. Alınan nazik
dilimləri tartaletlərin üzərinə " qızıl gül " şəkilində yerləşdirin.
Karameli hazırlamaq üçün su və şəkər tozunu birləşdirin. Orta odda
dayanmadan qarışdıraraq karameli qaynadın. Qaynar karameli tartaletlərin
üzərinə süzün. Sobanızı 200 dərəcəyə qədər isidib, tartaletlərinizi 30
dəqiqə ərzində bişirə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!