Tropikanka resepti - FOTO RESEPT

Tropikanka resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 20
Tərkibi:

Xəmir üçün:


1 st. su

2 st. un

150 q kərə yağı

6 yumurta

0,5 ç.q duz



(bu ərzaqlardan 35x25 sm ölçülü 4 korj alınır)



Krem üçün:

2 yumurta

150 q şəkər tozu

5 x.q. nişasta

350 ml süd

300 q kərə yağı (otaq temperaturunda)

1 paket vanilli şəkər



Arası üçün:

Meyvə, giləmeyvə (zövqə görə)



Hazırlanması:

Xəmir
ekler xəmirini xatırladır: 1 stəkan suyu 150 q yağ və 0,5 ç.q. duzla
qaynadın, qarışdıraraq 2 st. un əlavə edin. Ocaqdan götürüb azca
soyudun, bir-bir yumurtaları əlavə edərək qarışdırın.



Perqamentin üzərində gələcək tortun konturlarını karandaşla çəkin.

[/center]

Sonra xəmiri konditer torbasına doldurub konturları təkrarlayın.

[center]


Konturdakı xəmir 3 mm qalınlıqda olmalıdır. Sonra bu dördbucaqlının içində xəmirlə 3x3 sm tərəfli kvadratlar çəkin.

[/center]

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, qızılı rəng alanadək bişirin.

[center]


Bu müddətdə buna oxşayan digər xəmir "karkas"ı hazırlayın, amma bu dəfə içində kvadrat deyil, romb çəkin.

[/center]

Cəmi 4 korj lazımdır - ikisi kvadratlı, ikisi romblu.

[center]


[/center]

Krem: südü
qazanda qaynadın. Yumurtaları şəkər tozuyla çalın, nişasta və vanil
əlavə edin, yaxşıca qarışdırın, azca isti süd əlavə edib yenə
qarışdırın. Çalışın, içində lopalar qalmasın. Alınan qarışığı qaynayan
südə əlavə edin. Bu zaman südü durmadan qarışdırın. Qatılaşanda ocaqdan
götürün, bir qədər soyuyandan sonra kərə yağı əlavə edib çalın. Vanil
əlavə edin.



Tortu
iki qaydada yığa bilərsiniz: korjların arasındakı deşiklərə meyvə
dilimləri və giləmeyvələri düzüb üzərinə krem çəkə, yaxud da əvvəlcə
krem çəkib, sonra içini meyvə dilimləri ilə doldura bilərsiniz.

[center]



Korjları bu qayda ilə üst-üstə yığın. Bir gecə soyuducuda saxlayın.

[/center]

Tortun üzərini ağ şanti kremi və meyvə ilə, yaxud da jele və meyvələrlə bəzəyə bilərsiniz.

[center]











Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!