Çiyələkli karamel tort resepti

Çiyələkli karamel tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 14
Tərkibi:

1 paket qızardılmış çörək (marketlərdə satılır)



Karamel sousu üçün:

1 su stəkanı toz şəkər

2 su stəkanı su



Kremi üçün:

4 su stəkanı süd

2 xörək qaşığı un

1 xörək qaşığı nişasta

1 ədəd yumurtanın sarısı

1 su stəkanı toz şəkər

1 paket vanil



Krem şantisi üçün:

1 paket krem şanti

1 su stəkanı süd



Bəzəmək üçün:

Yarım kiloqram çiyələk

Kifayət qədər təzə nanə yarpaqları



Hazırlanması:

Çiyələkli
qızarmış çörək şirniyyatı hazırlamağa əvvəlcə karamel sousundan
başlayın. Tavaya toz şəkəri tökün və zəif odda qoyun. Taxta qaşıqla
ara-ara qarışdıraraq şəkərlərin rəngi dəyişənə qədər qovurun. Ardından
yavaşca suyu şəkərlərin üzərinə əlavə edin və qaynamağa qoyun. Qaynamağa
başladığında şəkərlər əriyər əriməz ocaqdan götürün. Qızardılmış
çörəkləri şirniyyat qoyacağınız böyük servis qabına düzün və üzərinə
isti karamel sousunu çömçə ilə gəzdirərək tökün. Arından bir qazanın
içinə toz şəkər, süd, un, yumurta sarısı, nişastanı, vanili qoyun və
yaxşıca mikserlə çırpın, ocağa qoyub qaynamağa qoyun. Bişən kremi də
ocaqdan götürüb qızardılmış və az əvvəl islatmış olduğunuz çörəklərin
üzərinə gəzdirərək tökün və soyumağa qoyun. Bu sırada krem şantini südlə
bir qabın içinə alın və yaxşıca çırpıb soyuducuna qaldırın. Servis
qabındakı qızardılmış çörəkləriniz soyuduğunda üzərinə krem şantini
sürtün. Üzərinə bəzəmək üçün çiyələkləri ortadan ikiyə bölün və
istədiyiniz şəkildə sıralayın. Çiyələk dilimlərinin aralarına təzə nanə
yarpaqlarını da düzün. Tortumuz servisə hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!