Meyvəli keks resepti

Meyvəli keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 18
Tərkibi:

Yumurta – 3 ədəd;

Şəkər tozu – 1 st.;

Süd – 1 stəkan;

Duru yağ -1 st.;

Qabartma tozu – 1 paket;

Vanil – 1 paket;

Toz halına salınmış fındıq – 1 st.;

Toz halına salınmış qoz – 1 st.;

Quru meyvə – 1 st.;

Un – 3 st.;



Hazırlanması:

Yumurtaları sındırıb, şəkər tozu ilə mikserdə çalırıq.

Köpüklənəndən sonra üstünə südü, duru yağı, vanil və qabartma tozunu da əlavə edib, mikserdə çalmağa davam edirik.

Sonra unu və quru meyvələri əlavə edib, xəmir halına gələnə qədər qarışdırırıq.

Sobanı 170 dərəcə temperaturda qızdırırıq.

Keks
üçün xüsusi qablara (formalara) kağız qoyub, yağlayırıq və xəmiri
onların içinə tökürük. Zövqə görə hər keksin üzərinə bir neçə quru meyvə
qoyuruq. Keksləri şişənə qədər bişiririk.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!