Ananaslı və armudlu keks resepti

Ananaslı və armudlu keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 4
Tərkibi:

5-6 dilim ananas

1 ədəd armud

3 ədəd yumurta

1 su stəkanı toz şəkər

1 su stəkanı un

1 paket qabartma tozu

180 qram əridilmiş marqarin



Karamel üçün:

1 xörək qaşığı toz şəkər

2 xörək qaşığı su



Hazırlanması:

Şəkərvə
suyu qarışdıraraq az odda karameli hazırlayın. Karameli qəlibin dibinə
yayın. Armudu soyub, dilimləyin. Ananas və armud dilimlərini karamelin
üzərinə düzün. Digər tərəfdə yumurtaları yaxşıca çırpın. Toz şəkəri
əlavə edib təkrar 2-3 dəqiqə daha çırpın. Üzərinə unu və qabartma tozunu
ələyib, əridilmiş marqarini əlavə edin. Yaxşıca qarışdırın. Qarışığı
meyvələrin üzərinə yayın. Əvvəldən isidilmiş 180 dərəcə sobada bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!