Naringi şərbətli keks resepti

Naringi şərbətli keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkib:

Keks üçün:


3 ədəd yumurta

100 qram (yarım su stəkanı) şəkər

125 qram marqarin

1 paket vanil

Yarım paket qabartma tozu

250 qram (2 su stəkanı) un

5 xörək qaşığı naringi suyu

5 ədəd naringinin incə rəndələnilmiş qabığı



Siropu üçün:

3 ədəd naringi

3 su stəkanı su

Yarım su stəkanı toz şəkər

8-10 ədəd mixək



Hazırlanması:

Keks
üçün, yumurtaları toz şəkərlə çırpın. Üzərinə otaq istiliyindəki
marqarini əlavə edin. Ardından vanil, qabartma tozu, naringi suyu və
incə rəndələnilmiş qabığını qoyun. Ən son olaraq unu əlavə edib
qarışdırın. 30 sm-lik uzun bir keks qəlibini yağlayın. Xəmiri qəlibə
boşaldın. 180 dərəcə sobada bişirin. Sobadan çıxarıb soyudun. Digər
tərəfdə naringiləri, qabıqlarını soymadan enləşdirməsinə ikiyə kəsin və
qazana köçürün. Üzərinə su, toz şəkər və mixəkləri qatıb qaynadın.
Qaynadıqdan sonra şərbəti oddan götürüb ilıqlaşdırın. İlıq şərbəti
keksin üzərinə gəzdirin. Dilimləyib servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!