Almalı-yulaflı pudinq resepti

Almalı-yulaflı pudinq resepti
Şirniyyat və Tortlar
10.09.2017 24
Tərkibi:

110 q yumşaldılmış kərə yağı

3 yumurta

1 ç.q. şəkər tozu

1 ç.q. limon sedrası

100 ml süd

125 q yulaf lopası

20 q nişasta

1 ç.q. qabartma tozu

3 göy alma

1 çimdik duz

1 çimdik darçın



Hazırlanması:

Yumurta ağlarını sarılarından ayırın.



Formanı
bir qədər kərə yağı ilə yağlayın. Yağın qalanını yumurta sarıları,
şəkər tozu, limon sedrası ilə ağarıncayadək çalın. Süd, yulaf lopaları,
nişasta, qabartma tozu əlavə edib qarışdırın.



Almaların qabığını soyun. Cecəsini xüsusi bıçaqla çıxarın. Almalardan birini halqa, digərlərini xırda dilimlərə doğrayın.



Yumurta
ağlarını 1 çimdik duzla möhkəm çalın. Sonra birinci kütlə ilə
birləşdirib eynicinsli kütlə alınanadək qarışdırın. Xırda doğradığınız
almaları əlavə edin.



Alınan
kütləni formaya tökün, alma dilimlərini üzərinə düzün, sonra
üstlərindən azca basın ki, ortalarından xəmir kürəsi çıxsın. 190 dərəcə
qızdırılmış sobada 35 dəqiqə bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!