Üzümlü kiçik tortcuqlar resepti

Üzümlü kiçik tortcuqlar resepti
Şirniyyat və Tortlar
10.09.2017 5
Tərkibi:

Xəmiri üçün:


2 su stəkanı un

3 xörək qaşığı yumşaq marqarin

1 ədəd/ yumurta

Yarım su stəkanı pudra şəkəri

1 ədəd limonun rəndələnilmiş qabığı

1 paket vanil

Bir çimdik duz

Yarım su stəkanı süd

Yarım su stəkanı döyülmüş fındıq içi



Kremi üçün:

1 ədəd yumurta sarısı

2 su stəkanı süd

2 xörək qaşığı un

3 xörək qaşığı toz şəkər

1 paket vanil



Bəzəmək üçün:

250 qram təzə üzüm

Bir neçə yarpaq nanə



Hazırlanması:

Xəmiri
hazırlamaq üçün fındıq və süd xaric, bütün vəsaiti qarışdırıb yoğurun
və normal yumşaqlığında bir xəmir əldə edin. Əgər xəmiriniz sərt olsa
içinə 2 xörək qaşığı süd qataraq yumşada bilərsiniz. Xəmiri 15 dəqiqə
soyuducunda saxlayın. Daha sonra xəmiri bir soba qabına əlinizlə
basdıraraq yayın. Əvvəldən isidilmiş 200 dərəcədə sobada 15 dəqiqə
bişirin və soyumağa qoyun. Kremi hazırlamaq üçün, vanil xaric bütün
vəsaiti bir qazanda yaxşıca qarışdırdıqdan sonra ocağa qoyun. Davamlı
qarışdıraraq krem halına gələnə qədər bişirin. Ocaqdan götürdükdən sonra
vanili əlavə edib qarışdırın və soyumağa qoyun. Qabdakı xəmir
soyuduqdan sonra əlinizlə parçalayıb içinə fındıqları əlavə edin. Südü
də əlavə edərək yumşadın. İstədiyiniz şəkildəki qəlibləri bir qaba
yerləşdirib içlərinə xəmirdən bir barmaq yüksəkliyində qoyun. Soyumuş
kremi də xəmirin üstünə əlavə edin. Təkrar xəmir və krem qoyaraq
əməliyyatı təkrarlayın. Tortcuqların ən üstünü üzümlə bəzəyərək servis
edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!