Almalı şokoladlı waffle resepti

Almalı şokoladlı waffle resepti
Şirniyyat və Tortlar
10.09.2017 10
Tərkibi:

2 ədəd alma

3 ədəd yumurta

2 xörək qaşığı kakao

1 su stəkanı əridilmiş kərə yağı

4 xörək qaşığı pudra şəkəri

1 su stəkanı ilıq su

1 çay qaşığı darçın

1-2 çay qaşığı toz qərənfil

1 paket qabartma tozu

2 su stəkanı un



Servis üçün:

1 ədəd banan

2 ədəd kivi



Hazırlanması:

Yumurtaları
geniş bir qaba əlavə edib çırpın. Üzərinə rəndələnilmiş alma, kakao,
kərə yağı, pudra şəkəri, su, darçın, qərənfil və qabartma tozu əlavə
edib qarışdırın. Unu yavaş-yavaş əlavə edərək tünd hallı bir qarışıq
əldə edin. Hazırladığınız xəmirdən 1 çömçə alaraq, isidilmiş tost
maşınına tökün. Maşının qapağını bağlayıb 6-7 dəqiqə bişməyə qoyun.
Bütün xəmiri bu şəkildə hazırlayın. Daha sonra bişən xəmirləri bir su
stəkanı ağızı ya da arzunuza görə bir qəliblə kəsərək şəkilləndirin.
Banan və kivi dilimləriylə bəzəyərək servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!