Doyumlu piroq resepti

Doyumlu piroq resepti
Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkibi:

4-5 ədəd alma (1 kq)

120-150 qram kərə yağı

1-2 ç.q. şəkər tozu ( və yaxud vanil şəkəri)



Quru qatışıq üçün:

1 stəkan un

1 stəkan manna yarması

1 stəkan şəkər tozu

1,5-2 ç.q qabartma tozu

1 ç.q vanil şəkəri



Hazırlanması:

Quru
qatışığı hazırlamaq üçün: unu qabartma tozu ilə qarışdırıb, ələkdən
keçirin. Sonra üzərinə şəkər tozu, manna yarması və vanil şəkəri əlavə
edib, yaxşıca qarışdırın.

Almaları yuyub, təmizləyib, sürtkəcin iri gözündən keçirin.

Bişirmək
üçün xüsusi forma qabına hazırladığınız quru qatışığı və sürtkəcdən
keçirilmiş almaları ardıcıl formada laylarla yerləşdirin: əvvəl quru
qatışıqdan töküb, sonra üstündən sürtkəcdən keçirilmiş almaları bərabər
şəkildə yayın. Beləcə forma qabı dolana qədər layları ardıcılıqla
təkrarlayın. Sonuncu lay- quru qatışıq olmalıdır.

Dondurulmuş kərə yağını sürtkəcin iri gözündən keçirib, piroqun üzərinə səpin.

Piroqu 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə ərzində bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!