Giləmeyvəli desert resepti - FOTO RESEPT

Giləmeyvəli desert resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 14
Tərkibi:

Krem üçün:


2 stəkan + bir stəkanın dörtdə biri qədər süd

2 ədəd yumurta

14 xörək qaşığı şəkər tozu

4 xörək qaşığı un

2 xörək qaşığı qarğıdalı nişastası (kartof unuyla əvəz etmək olar)

2 xörək qaşığı təzə sıxılmış limon suyu

1 çay qaşığı vanil ekstraktı (və ya iki paket vanil tozu)

2 xörək qaşığı narın rəndələnmiş limon qabığı

1 xörək qaşığı kərə yağı



Meyvə layları üçün:

5-6 ədəd banan – yumru-yumru doğrayın

3-4 stəkan qarışıq morux, böyürtkən, və qaragilə (çiyələk və ya istədiyiniz başqa yumuşaq meyvələr də olar)



Bəzək üçün:

Təzə nanə yarpaqları



Hazırlanması:

Əvvəlcə
kremi hazırlayın. Qazanda süd, yumurta, şəkər tozu, un, qarğıdalı
nişastası və limon suyunu yaxşıca qarışdırın. Taxta qaşıqla
qarışdıra-qarışdıra, kütlə qatılaşanadək bişirin, təxminən 2 dəqiqə.
Kənara çəkib, vanil, limon qabığı və yağı əlavə edin. Mikserlə və ya
mətbəx teliylə yağ əriyənə, və kütlə bir az soyuyanadək çırpın.



[/center]



Banan dilimlərini ölçüsü 33 x 25 sm olan qalın şüşə qabın dibinə düzün.



[center]




Üstünə giləmeyvələri yığın.



[/center]



İlıq
kremi meyvələrin üstünə tökün. Qoyun soyusun. Üstünə mətbəx streçi
örtüb, qabı nir neçə saat müddətinə soyuducuya qoyun. Süfrəyə verməzdən
əvvəl desertin üstünü nanə yarpaqları ilə bəzəyin.



[center]




Qeyd:
istəyə görə, deserti bir iri qab yerinə, paylıq stəkanlarda, bakallarda
da hazırlaya bilərsiniz. Bir də qeyd edim ki, buradakı krem bir qədər
qatı olur, puddinq kimi. Kremin bir az duru olmasını istəyirsinizsə,
südün miqdarını bir az azaldın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!