Çiyələkli Rafaello resepti - FOTO RESEPT

Çiyələkli Rafaello resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 16
Tərkibi:

100 q çiyələk

1 yumurta

3 x.q. şəkər tozu

15 q kərə yağı

130 q kəsmik

80 q un

20 q narın suxarı

20 q kokos yonqarı



Hazırlanması:

Yumurtanı şəkər tozu ilə möhkəm çalın.





Yağı
yumşaldın, kəsmiyi ələkdən keçirin, unu ələyin. Yumurta ilə şəkəri
çala-çala kərə yağı, kəsmik, sonra da unu ardıcıllıqla əlavə edin.
Yumşaq xəmir yoğurun.





Çiyələyi yuyun, saplağını təmizləyin, qurudun.





Xəmirdən xırda hissələr qopararaq yayın, ortasına bütöv çiyələk qoyun.





Kənarlarını
qatlayıb kürə halına salın. Çox böyük olmasınlar. Bunları qaynayan suya
salın, üzə çıxandan sonra 3 dəqiqə bişirin. Kəfkirlə çıxarın. Bir qədər
soyudun.





Hər bir kürəni narın suxarıya, sonra isə kokos yonqarına batırın. Soyuducuda bir neçə saat saxlayın.





(Çiyələk
əvəzinə başqa giləmeyvə: böyürtkən, moruq və s. götürmək olar.
Giləmeyvələr turşdursa, şəkər tozunu bir qədər artıq götürün).



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!