Müsli batonu resepti - FOTO RESEPT

Müsli batonu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 16
Tərkibi:

400 q qoz-fındıq (araxis, badam və s.)

300 q quru meyvə və sukat (kişmiş, ərik, albalı, ananas, əncir və s.)

150 q tum (günəbaxan, boranı tumu və s.)

100 q yulaf lopası

50 q həcmli düyü

1 ç.q. darçın (istəyə görə)



Sirop üçün:

250 q araxis yağı (pasta)

250 q bal

50 q şəkər tozu

1 ç.q. vanil ekstraktı və ya 1 x.q. şəkərli vanil (yaxud bir çimdik qatqısız vanil)

150 q acı şokolad



Hazırlanması:

Quru
meyvə və sukatları doğrayın (çox xırdalamayın). Qoz-fındığı xırdalayın,
bunları tumlar, yulaf lopaları ilə qarışdırıb siniyə tökün.



200
dərəcə qızdırılmış sobada aradabir qarışdıraraq təxminən 10 dəqiqə
qovurun. Çıxarıb quru meyvə, həcmli düyü, darçın əlavə edin.

Sirop
bişirin: bunun üçün lazım olan ərzaqları bir qazançaya yığıb orta
itilikdə ocağın üzərinə qoyun. Qarışdıraraq qaynara düşənəcən gözləyin.
Təxminən 1 dəqiqə qaynadıb götürün.

Bunu sinidəki qarışığın üstünə tökün, yaxşıca qarışdırın, elə edin ki, islanmamış tikə qalmasın.

Siniyə
perqament kağızı döşəyin (folqa olmaz). Qarışığı üzərinə bərabər
qaydada yayın. Üstündən bastalayın ki, aralarında hava qalmasın.



Su hamamında şokoladı əridin. Sonra sinidəki qarışığın üzərinə yaxın. Soyuducuya qoyub 1 saat dondurun. Çıxarıb doğrayın.















Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!