Qara çörəkdən şarlotka resepti

Qara çörəkdən şarlotka resepti
Şirniyyat və Tortlar
10.09.2017 32
Tərkibi:

2 st. qara çörək ovuntuğu

12 alma

1 st. şəkər tozu

2 st. xama



Hazırlanması:

Qara boyat çörəyi sürtgəcdən keçirin. 2 stəkan ovuntuq gərək olacaq.



Almaların qabığını soyun, cecəsini çıxarın, dilimləyin.



Dairəvi
odadavamlı siniyə bir lay çörək ovuntuğu səpin, sonra bir lay alma
düzün, üstünə şəkər tozu səpin. Sonra yenə çörək ovuntuğu səpin və
almanın qalanını döşəyin. Üzərinə şəkər tozu səpin. 2 stəkan xamanı
üzərinə yayın. Üstünə yenə çörək ovuntuğu səpin.



200 dərəcə qızdırılmış sobada üst çörək qatı xamanı hopdurub qızaranadək, təxminən 40 dəqiqə bişirin.



Süfrəyə yağlı qaymaqla verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!