Pastila resepti - FOTO RESEPT

Pastila resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 11
Tərkibi:

250 q şəkər tozu

250 q alma püresi (3-4 almadan)

10 yumurta ağı (3 ç.q.)

1 paket vanilli şəkər



Sirop:

160 q şəkər tozu

60 q su

3 q aqar (1 dolu ç.q.)



Üzərinə səpmək üçün şəkər pudrası



Hazırlanması:

Aqarı şərbət bişirəcəyiniz qazanda 60 q suda isladın.



Almaları bişirin, lətini çıxarın, ələkdən, yaxud blenderdən keçirin, lopasız pure alınmalıdır.



Bu
pürenin 250 q-nı şəkər tozu və vanilli şəkərlə qarışdırın. Tam
soyuyanacan gözləyin. Şəkər tozu əlavə edəndə püre sulanacaq, sonra isə
jele kimi olacaq.



Aqarı əriyənədək qızdırın, gel alınacaq. Ona şəkər tozu əlavə edin. O, sizə çox görünəcək, amma qarışdıranda maye kimi olacaq.



Orta
odda, daim qarışdıraraq qaynara düşəndə bir dəqiqə qaynadın (yaxud,
əgər dərəcəli plitədə işləyirsinizə, 107 dərəcə Selsiyədək qızdırın).
Ocaqdan götürün. Bir qədər soyudun. Şəkər tozunun 1/3-ni patoka, yaxud
qlükoza siropu ilə əvəzləyə bilərsiniz.



Sirop
soyuyana qədər alma püresinə yumurta ağını əlavə edib otaq
temperaturunda, mikserin maksimal sürətində ağarıb həcmi artınca çalın.
Ağ, qatı kütlə alınmalıdır.



Azca
soyumuş, amma hələ də qaynar (80-90 dərəcə) siropu nazik axınla əlavə
edin, bu zaman mikserin aşağı sürətinndə çalmaqda davam edin.



Aqarlı
məhsullar 40 dərəcə Selsidə bərkiyirlər. Odur ki, qarışığı dərhal
perqament döşənmiş formaya tökün. Onun optimal hündürlüyü 2 sm
olmalıdır.



Otaq
temperaturunda 5-6 saat soyudun. Sonra üzərinə şəkər pudrası səpin.
Lövhənin üstünə çevirin. Yenə şəkər pudrası səpin. Kətəkəsənlə eni 2,
uzunu 8 sm olan hissələrə bölün. Bolluca şəkər pudrasına batırın. Dəmir
şəbəkənin üstündə 6-8 saat soyudun. Çox qurumasın deyə, sonra paketin
içində saxlayın.









































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!