Şirin roll resepti

Şirin roll resepti
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

1 st. süd

100 q şokolad

3 yumurta

0,5 ç.q. soda

0,5 st. şəkər tozu

5 x.q. bitki yağı

1 x.q. kakao tozu

un

1 çimdik duz



İç üçün:

200 ml 35%-li qaymaq

200 q kəsmik

şəkər pudrası (zövqə görə)

ərik (təzə və ya konserv)



Hazırlanması:

Yumurtanın ağını sarısından ayırın. Yumurta ağlarına bir çimdik duz əlavə edərək möhkəm çalın, soyuducuya qoyun.



Yumurta sarılarını şəkər tozu ilə ağarıncayadək çalın. Bitki yağını əlavə edin. Sodanı sirkədə söndürüb əlavə edin.



Südü ocağın üstünə qoyun, qaynara düşəndə götürün, şokoladı əlavə edib əridin.



3/4 st. unu kakao tozu ilə qarışdırın.



Un və şokolad qarışığını yumurta sarılarına əlavə edin.



Lazım gələrsə, un bir qədər də əlavə edin (xəmirin qatılığı duru xama kimi olmalıdır).



Sonda çalınmış yumurta ağlarını əlavə edib ehtiyatla qarışdırın.



Alınan xəmirdən çox qızdırılmış tavada blinlər bişirin.



İç: 200 ml qaymağı çalın, 200 q kəsmik və zövqə görə şəkər tozu əlavə edin, mikserlə çalın.



Hazır blinçiklərin üzərinə kəsmikli iç çəkin.



Ərikləri dilimləyin. Blinçiklərin bir qırağından düzün.



Blini rulon kimi bükün. Kənarlarını kəsin.



Rulonları bir neçə yerə bölün.



Şokoladı
bir qədər bitki yağı ilə birlikdə əridin (çox qatı olmasın). Rollun
əvvəl bir, sonra digər ucunu, altını şokolada batırın. Boşqaba düzün.
Üzərinə də qaşıqla şokolad çəkin. Soyuducuda bir neçə saat saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!