Mandarinli manna halvası resepti

Mandarinli manna halvası resepti
Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkibi:

Jele üçün:


0,5 st. + 5 x.q. mandarin şirəsi

1,5 x.q. şəkər tozu

2 yarpaq jelatin

kifayət edəcək qədər buzlu su



Halva üçün:

2 st. mandarin şirəsi

2 x.q. şəkər tozu

1 st. manna

1 x.q. kərə yağı

2 mandarin



Hazırlanması:

Jele üçün:
mandarin şirəsi və şəkəri qaynadın. Jelatin yarpaqlarını yumşalması
üçün buzlu suda isladın. Sudan çıxarın, qarışdıra-qarışdıra mandarin
şirəsinə əlavə edib ocaqdan götürün (qaynatmaq olmaz). Bu qarışığı bir
qabın içinə 2 sm qalınlıqda tökün. Soyuq yerdə saxlayın.



Halva üçün:
mandarin şirəsilə şəkər tozunu qazana tökün, ocağın üstünə qoyun,
qaynadın. Başqa qazanda kərə yağını əridin, mannanı əlavə edin, rəngi
dəyişənədək qovurun. Qaynayan mandarin şirəsini əlavə edib 30 saniyə
qarışdıraraq bişirin. Dilimlənmiş mandarinləri də əlavə edin, ehtiyatla
qarışdırın, ocaqdan götürün. Tavanın qapağını örtün, 10 dəqiqə
dəmlənsin. Sonra halvanı buluda 2 sm qalınlıqda yayın. 1 saat buz
dolabında saxlayın.



Süfrəyə verərkən stəkanın köməyilə halva və jeledən dairələr kəsin, üst-üstə 4 qat düzün, zövqünüzə görə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!