Krem-brüle resepti - FOTO RESEPT

Krem-brüle resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 3
Tərkibi:

500 ml 33%-li qaymaq

4 yumurtanın sarısı (yaxşı olar ki, narıncı rəngdə olsunlar)

5 x.q. (+2-3 x.q.) qəhvəyi şəkər

1 vanil budağı



Bəzək üçün:

giləmeyvə (moruq)

şəkər pudrası

şərbət



Qeyd:
Ramekin - 150-200 ml həcmi olan saxsı formadır. Əgər o yoxdursa,
odadavamlı şüşə, yaxud dəmir və ya silikon formadan istifadə etmək olar.



Hazırlanması:

Qaymağı
qazana tökün, ocağın üstünə qoyun. Qaynara düşmək istəyəndə ocaqdan
götürün. Heç bir halda qaynatmaq olmaz. Azacıq soyudun.



Yumurtanın ağını sarısından ayırın. Ağı lazım olmayacaq. Yumurtanın sarısını 5 x.q. qəhvəyi şəkərlə çəngəllə çalın.



Qaymağı süzün, isti-isti yumurta sarılarına əlavə edin. Bu zaman onu davamlı olaraq qarışdırın (çalmaq lazım deyil).

Giləmeyvəni yuyun, qurudun, ramekinlərin içinə düzün. 1 ramekinə - 5-6 ədəd iri giləmeyvə.

Qaymaqlı-yumurtalı
qarışığı bunun üzərinə tökün. İri, kənarları hündür formaya ramekinləri
düzün, ramekinlərin ortasınadək olan miqdarda qaynar su tökün (bu zaman
su krem-brüdenin içinə düşməməlidir).



Formanı 150 dərəcə qızdırılmış sobaya qoyun. Orada təxminən 1 saat saxlayın. 1 saatdan sonra ramekinləri çıxarın.



Krem-brülenın qatılığı jele kimi olacaq. Nə bərk, nə yumşaq, lap çizkeyk kimi.



Hazır krem-brüleni karamelizə etmək lazımdır. Bunun üçün əvvəlcə krem-brüleni 3-4 saat soyuducuda saxlayın.



Sonra
çıxarın, üzərinə 2-3 x.q. qəhvəyi şəkər səpin. Onu həm xüsusi alışqanla
yandıra, həm qril aparatında, dəmir barmaqlığın altında 5 dəqiqə
saxlaya bələrsiniz (şəkər tozu əriyənədək).



Bundan sonra krem-brüleni daha yarım saat soyudun. Giləmeyvə, şəkər pudrası ilə bəzəyə bilərsiniz (bunsuz da olar).



Silikon
formada hazırlayacaqsınızsa: əvvəla, silikon formada olarkən
krem-brüleni sobada, 150 dərəcə istidə 1 saat 40 dəqiqə saxlayın.
İkincisi, karamelizə etməzdən əvvəl onu formadan çıxarın (ya formanı
qaynar suda bir neçə saniyə saxlayın, ya da bıçaqla kənarlarından
ayırın). Boşqaba tərs çevirin. Soyudun. Karamelizə etmək üçün üzərinə
azca şəkər tozu və konyak tökün, alışqanla yandırın. Üstünü bəzəyin.



































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!