Üzüm piroqu resepti - FOTO RESEPT

Üzüm piroqu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 17
Tərkibi:

150 q un

1/4 ç.q. duz

1/2 ç.q. qabartma tozu

120 q otaq temperaturunda kərə yağı

120 q şəkər tozu

1 ç.q. vanilli şəkər

2 iri yumurta

250-300 q üzüm



Hazırlanması:

Unu duz və qabartma tozu ilə birlikdə ələyin.



Yağı adi və vanilli şəkər tozu ilə krem halına gələnədək çalın. Bir-bir yumurtaları əlavə edib hər birindən sonra yaxşıca çalın.



Unu əlavə edib eynicinsli xəmir alınanadək qarışdırın.





Xəmiri
diametri 21-16 sm olan, kərə yağı ilə yağlanmış siniyə tökün.
Hamarlayın. Üstünə üzüm dənələri düzün (çərdəyi varsa, çıxarın, çox iri
gilələri yarı bölün).





180 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Hazır olub-olmadığını diş, yaxud kibrit çöpü ilə yoxlayın.



Soyudun, doğrayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!