Almalı-armudlu piroq resepti - FOTO RESEPT

Almalı-armudlu piroq resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 4
Tərkibi:

Üstü üçün:


1 iri, yetişmiş, amma bərk lətli armud

1 iri, turşməzə alma

1/2 limon

50 q kərə yağı

1/4 ç.q. darçın (istəyə görə)

2 x.q. qəhvəyi şəkər tozu (olmasa, adi ağ)



Xəmir üçün:

100 q otaq temperaturunadək yumşaldılmış kərə yağı

100 q şəkər tozu

170 q un

1 ç.q. qabartma tozu

50 q üyüdülmüş badam

3 iri yumurta

2 x.q. süd

1 x.q. vanilli şəkər və ya 1 ç.q. vanil ekstraktı



Hazırlanması:

Alma
və armudun qabığını və cecəsini təmizləyin. Tərəfi 1 sm olan kubik
halında doğrayın. Bir limonun yarısının şirəsini almayla armudun üstünə
gəzdirin ki, rəngi qaralmasın.



Tavada
kərə yağını əridin. Meyvələri, darçın və şəkər tozunu əlavə edin.
Almalar yumşalanadək qarışdıra-qarışdıra bişirin. Sonra ocağı söndürün.

[/center]



Xəmir: bir ləyəndə unu, qabartma tozunu, üyüdülmüş badamı qarışdırın.



Başqa ləyəndə yumurtanı süd və vanil ekstraktı (yaxud vanilil şəkərlə) ilə çəngəllə çalın.

[center]




Kərə
yağını şəkər tozu ilə krem halınadək çalın. Sonra növbə ilə un qarışığı
və yumurta qarışığını hissə-hissə əlavə edin. Hər dəfə əlavə etdikdən
sonra yaxşıca çalın (unla başlayıb, unla da yekunlaşdırın, məsələn, un -
yumurta qarışığı - un - yumurta qarışığı - un və s.).

[/center]



Xəmiri yağlanmış siniyə (diametri 23 sm) tökün. Üstünə meyvələri bərabər qaydada düzün.

[center]




Sinini
180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə saxlayın. Korjun
bişib-bişmədiyini kibrit və ya diş çöpü vasitəsilə yoxlayın. Sobadan
çıxarıb soyudun, doğrayın.

[center][/center]

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!