Markiza tortu resepti

Markiza tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 1
Tərkibi: 

şəkərli korjlar üçün:


300 q marqarin (yaxud kərə yağı)

3 yumurtanın sarısı

3 st. un

1 ç. q. qabartma tozu

100-150 q qoz

 

merengi qatı:

3 yumurtanın ağı

1 st. şəkər pudrası

1/2 ç.q. limon şirəsi 

 

krem:

1 banka (380 q) bişmiş qatılaşdırılmış süd

300 q kərə yağı

10 q vanilli şəkər tozu

 

bəzək:

qovrulmuş keşyu

50-100 q tünd şokolad

50-100 q ağ şokolad

1 x.q. bal

3 x.q. şəkər tozu

1/2 ç.q. duz



Hazırlanması:

Korjı
Unu qabartma tozu ilə qarışdırıb soyuq, kubik doğranmış yağla əlinizlə
ovun, yumurta sarılarını əlavə edib xəmir yoğurun. 3 yerə bölüb
soyuducuda 3 saat saxlayın. 

Soyuducudan çıxarıb 15-20 dəqiqə otaq temperaturunda saxlayın. 

Üç
perqament parçasına 22 sm diametrli dairə çəkin. Xəmiri əlinizlə həmin
dairələrin içinə yayın. Bütün korjların üzərinə bərabər qaydada
xırdalanmış qoz səpin. Azca üstündən basıb xəmirə yapışdırın. 

Merengi: Yumurta ağlarını şəkər pudrası və limon şirəsi ilə möhkəm çalın. 

Bir
korjun üzərinə bezenin 1/3-ni çəkin, qalanını soyuducuya qoyun (və hər
bir hissəni növbəti korju bişirərkən çıxarıb xəmirin üzərinə çəkin). 170
dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə bişirin. Qızılı rəngə
çalmalıdır. Bişmiş korju çıxarıb tam soyudun (ehtiyatlı olun, kövrək
olur), sonra kağızdan aralayın. 

Krem: Bişmiş qatılaşdırılmış südü kərə yağı və vanilli şəkər tozu ilə çalın. 

Korjların arasına krem çəkməklə üst-üstə düzün, tortun kənarlarına və üstünə də krem çəkin. 


və tünd şokoladları xırdalayıb hərəsini ayrı-ayrı paketlərə qoyun,
paketləri isə qaynar suya (paketlərin içinə su keçməsinə imkan
verməyin). Şokolad əriyəndə paketin ucunu azacıq kəsin və tortun üzərinə
aşağı-yuxarı eləməklə xaotik naxışlar çəkin - əvvəl tünd, sonra isə ağ
şokoladla. 

Keşyunu qovurub tortun ortasına qoyun. 

Zövqə
görə keşyunu dadlandırmaq da olar: bal, şəkər tozu və duzu qarışdırıb
keşyunu bu qarışığa batırın, siniyə qoyub 170 dərəcə qızdırılmış sobada
10-15 dəqiqə bişirin. Sonra isə tortun üzərinə qoyun.



Nuş olsun! скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!