Alma içlikli mini ruletlər resepti

Alma içlikli mini ruletlər resepti
Şirniyyat və Tortlar
10.09.2017 4
Tərkib:

Xəmir üçün:


2+3/4 fincan un

1/3 fincan şəkər pudrası

1 çay qaşığı qabartma tozu

250 qram duzsuz kərə yağı (otaq temperaturunda yumşalmış)

2 xörək qaşığı qatıq

1 xörək qaşığı limon qabığı rəndəsi

Şirniyyatın üzərinə səpmək üçün şəkər pudrası



Hazırlanması:

İçliyin
hazırlanması: Almaların qabığı soyulur. Soyulub təmizlənmiş almalar
sürtgəcin iri gözündən keçirilir.Tavaya yaxud geniş qazana tökülür.
Üzərinə şəkər tozu əlavə olunur,qarışdırılır. Aşağı –orta dərəcəli odda
hərdənbir qarışdırılaraq,təxminən 10 dəqiqə,alınmış şirə qurtaranadək
bişirilir. Sonra tava odun üzərindən götürülür və otaq tempraturunda
soyudulur. Soyuduqdan sonra üzərinə qoz,darçın əlavə edilir və
qarışdırılır. Hazır içlik bir kənara qoyulur.



Xəmirin
hazırlanması: Böyük bir qaba un,şəkər pudrası və qabartma tozu tökülür
və qarışdırılır. Daha sonra qalan ərzaqlar qatılır,qarışdırılır və xəmir
yoğrulur. Xəmir yumşaq olmalıdır,bərk yox.



Üzəri yağlanmamış 2 list hazırlanır. Soba 190C –də qızdırılır.

Xəmir
4 hissəyə bölünür və kündələnir. Kündələrin hər biri 22 sm
diametrinXəmir 4 hissəyə bölünür və kündələnir. Kündələrin hər biri 22
sm diametrində oxlovla yayılıb açılır. Yayılmış dairəvi xəmir iti
bıçaqla 8 hissəyə kəsilərək bölünür /şəkildəki kimi- klin formasında/.
Çay qaşığıyla içlikdən götürülüb kəsilmiş xəmirlərin geniş olan
hissəsinə qoyulur və nazik hissəsinədək burulur.

 

Hazır
qurabiyələr bişirləcək listin üzərinə yerləşdilir. Kənarları
tündləşənəcən,12-15 dəqiqə bişirilir (qurabiyənin üzəri isə ağ
qalmalıdır). Sonra list sobadan çıxarılır və qurabiyələr tamamilə
soyudulur. Soyuduqdan sonra qurabiyələr dayaz boşqaba yığılır,üzərinə
çoxlu şəkər pudrası səpilir.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!