Asan bulka resepti - FOTO RESEPT

Asan bulka resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 161
Tərkibi:

500
ml süd

11 qr
maya

1-1,3
kq un

2 ədəd
yumurta

200
qr kərə yağı

150
qr şəər


 

Arasına:

100 qr şəkər

2 ç/q
darçın

P.S: daçın
sevməyənlər zöqlərinə görə içlik istifadə edə bilərlər – kişmiş, quru meyvələr,
kuraqa.



Hazırlanması:

Süd
bir az qızdırın (ilıq olsun deyə), və mayanı süddə həll edin. 500 qr un əlavə
edib yaxşıca qarışdırın. İsti yerə qoyun. İsti dəsmalla örtün ki, maya iki dəfə
artsın. Buna hardasa 30 dəqiqə vaxt lazım olacaq.

Hazırlanmış
mayaya şəkər əlavə edib qarışdırın. Sonra yumşalmış kərə yağını əlavə edin
qarışdırın. Daha sonra yumurtaları əlavə edib qarışdırdıqdan sonra qalan unu əlavə
edib xəmir yoğurun.

Xəmiri
yaxşı yoğurmaq lazımdır ki, nə bərk olsun, nə də ələ yağışsın. Yoğurduqdan
sonra acıması üçün isti yerə qoyun və bir saata yaxın gözləyin.

Arasına səpmək üçün şəkər və darçını
qarışdırın.

Acımış
xımiri üç hissəyə bölün və hər hissəni ayrılıqda 3-4 mm qalınlığında yayın. Şəkərlə
darçın qarışığını səpin və rulet kimi bükün. Kənarlarını bərkidin.

Hardasa
3-4 sm enində hissələrə bölün. Sonra şəkildə göstərildiyi kimi forma verin.
Soba nimçəsini yağlayın və ya yağlı kağız sərin. Hazır bulkaları nimçəəyə düzün
və özünü tutması üçün təxminən  20 dəqiqə
gözləyin. 180C dərəcə qızdırılmış sobada 25-30 dəqiqə  bişirin.




 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!