Kokoslu həzz tortu resepti

Kokoslu həzz tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 9
Tərkibi:

1 banka qatılaşdırılmış süd

2 yumurta

160 q un 

10-12 q qabartma tozu

500 q qaymaqlı pendir

350 ml qaymaq 

150-160 q şəkər pudrası

4-5 x.q. kokos yonqarı



Hazırlanması:

Yumurtaları çalıb qatılaşdırılmış südü əlavə edib qarışdırın. Ələnmiş
unu qabartma tozu ilə qarışdırıb əlavə edin, çalın. Oladi xəmiri kimi
duru kütlə alınacaq. 



Perqamentin üzərində dairə çəkin, ortasına 2-3 qaşıq xəmir tökün. Dairə boyunca yayın. 



Korjları bu qayda ilə 180 dərəcə qızdırılmış sobada hər birini 5 dəqiqə olmaqla bişirin. 



Hazır korju perqamentdən dərhal ayırın. Şəbəkənin üstündə soyudun. 



Krem üçün qaymaqlı pendiri şəkər pudrası ilə çalın. Soyudulmuş qaymağı ayrıca çalın (yaxşı çalınsın deyə onu çalacağınız qabı da bir neçə dəqiqə soyuducuda saxlayın). Çaldığınız pendirə əlavə edib qaşıqla qarışdırın. Kokos yonqarını əlavə edib qarışdırın. 



Korjların arasına krem çəkib üst-üstə yığın. Tortun üzərinə və kənarlarına da krem çəkin, kokos yonqarı səpin. 



Üzərini rozmarin, şəkər pudrası və giləmeyvə ilə bəzəyin. 



Tortu süfrəyə verməmişdən əvvəl ən azı bir saat soyuducuda saxlayın. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!