Cemli piroq resepti - FOTO RESEPT

Cemli piroq resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 59
Tərkibi:

2 ədəd yumurta

1 stəkan şəkər tozu

2 x/q qatıq

200 qr kərə yağı

soda 

un

vanil



Hazırlanması:

Kərə yağı əridilir.
 

Qab götürülür içinə kərər yağı, qatıq, yumurta, şəkər tozu, soda tökülüb əlnən qarışdırılır.
 

Alınmış qarışığa un, vanil əlavə edilib ələ yapışmayan xəmir hazırlanır.
 

Alınmış xəmirin 1/3 hissəsi soyuducunun dondurucu hissəsinə qoyulub dondurulur.
 

Yerdə qalan xəmir tavaya barmaqlarla yayılıb üzərinə cem vurulur.
 

Soyuducuda dondurulmuş xəmir cemin üzərində sürtgəcdən keçirilir.
 

Əvvəlcədən 190 dərəcədə isidilmiş sobada üzəri biraz qızarana kimi bişirilir.
 



Qeyd: Mənim tavam kiçik olduğundan yarım pors hazırladım. Verilən ərzaqlar diametri 26 sm-lik tava üçün nəzərdə tutulub.




 

 

 

 

 

 

 

 Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!