Almalı peçenya resepti - FOTO RESEPT

Almalı peçenya resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 42
Tərkibi:

60 qr şəkər tozu

2 ədəd yumurta

100 qr kərə yağı

250 qr un

1 çimdik duz

1 ç/q qabartma tozu

1 x/q limon şirəsi

2 ədəd alma

1 paket vanilin

1 x/q şəkər pudrası



Hazırlanması:

Şəkər tozu və vanilin yumurtaya əlavə edilərək çalınır. 

Yumşaldılmış kərə yağı əlavə edilib yenidən qarışdırılır.
 

Qabartma tozu, duz və ələkdən keçirdilmiş un əlavə edilərək qarışdırılır.
 

Digər tərəfdə almalar təmizlənir və xırda kubiklər formasında doğranılır, üzərinə limon şirəsi səpilir.
 

Doğranmış almalar xəmirlə qarışdırılır.
 

Perqament
kağızı sərilmiş tavanın üzərinə xörək qaşığı ilə xəmirlər
yerləşdirilir. Əvvəlcədən 180°C temperaturunda isidilmiş sobada 15-20
dəqiqə bişirilir.
 

Hazır peçenyalar tam soyudulur.
 

Zövqə görə üzərinə şəkər pudrası səpilir. 




 

 

 

 

 

 

 


Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!