Keks xəmiri resepti - FOTO RESEPT

Keks xəmiri resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 52
Hazırlanma vaxtı: 
40 dəqiqə

Tərkibi:


250 qr kərə yağı və ya marqarin

2 stəkan şəkər tozu

4 ədəd yumurta

1 stəkan qatıq

2 ç/q duz

1 ç/q soda

1 x/q sirkə

2 ç/q qabartma tozu

4 stəkan un

2 x/q limon qabığı



Hazırlanması:

Ərzaqlar hazırlanır.
 







Otaq temperaturunda olan marqarin şəkər tozu ilə qarışdırılır.
 



 

 

Sonra
növbə ilə yumurtalar əlavə edilib qarışdırılır. Bu əməliyyat növbə ilə
olmalıdır, ilk olaraq bir yumurta əlavə edilir və məhlul qarışdırılır,
sonra növbəti. Xəmirnən işlədikdə tələsməyə yol vermək olmaz.
 



 

 

Sonra qatıq əlavə edilir və qarışdırılmadan üzərinə soda əlavə edilir.
 



 

 

Sodadan sonra ölçü ilə sirkə əlavə edilir.
 



 

 

Vaxt çatdı unun əlavə edilməsinə. Unun birinci stəkanı əlavə edilir ardınca isə qabartma tozu.
 



 

 

Un mütləq ələkdən keçirdilib əlavə edilir və xəmir qabarıqsız, həmcins kütlə olana qədər qarışdırılır.
 



 

 

Əgər evdə təzə limon olarsa, o zaman keks xəmirinin üzərinə üyüdülmüş limon qabığı əlavə edilir.
 



 

 

Xəmir birdaha qarışdırılır.
 



 

 

Reseptdə
xəmirə heç bir ədviyyatın əlavə edilməsi barədə yazmamışıq. Təbii ki,
bu zövq məsələsidir. Lakin keksin dadını dəyişmək üçün xəmirə əlavə
olaraq kişmiş, vanil, muskat və ya darçın əlavə etmək olar. Vanil
xəmirin rəngini dəyiməsədə dadını kifayət qədər dəyişəcək. Darçın
qatıldıqda isə xəmir açıq qəhvəyi rəngə boyanır.
 

Hər
bir ədviyyat fərqli dada malikdir, bunun üçün onları qarışdırmaq
məsləhətli sayılmır, daha yaxşı olar ki onlardan birini istifadə
edəsiniz.



Reseptdə xəmirin miqdarı 2 porsiya üçün nəzərdə tutulub, əgər az miqdarda istəsəniz inqredientləri 2 dəfə azalda bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!