Pasxa çörəyi (kuliç) resepti - FOTO RESEPT

Pasxa çörəyi (kuliç) resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 8
Hazırlanma vaxtı: 
1 saat 15 dəqiqə

Tərkibi:

xəmiri üçün:


1 kq un

50 qr quru maya

3/4 çay qaşığı duz

1.5 ç/q vanil

6 ədəd yumurta

2 stəkan şəkər tozu

300 qr kərə yağı

1.5 stəkan süd



içliyi üçün:

100-150 qr kişmiş

100 qr badam

limon qabığı



üzərinin bəzədilməsi üçün:

şirə (qlazur)

qənnadı səpkilər



Hazırlanması:

Pasxa
çörəyi və ya kuliç – slavyanların (əsasən rusların) Pasxa bayramında
bişirdikləri şirin kökədir. Kuliç sözu yunan dilindən tərcümədə
"Krendel" anlamını verir. Həmçinin bu sözə yaxın olan rus dilində
"Kalaç" sözü var ki – şərqi slavyanlarda dairəvi ağ çörək mənasındadır.
Slavyanların ənənəsinə görə əvvəllər kuliç ildə 2-3 dəfə hazırlanardı,
böyük bayramlarda. Əsasən fəsil dəyişməsi ilə əlaqəli bayramlarda (Yeni
ildə, yazın əvvəllərində, payızın əvvəllərində, məhsulun çox olması ilə
əlaqədar və s.).

Kuliç
xəmirinin digər rulet və şirin çörəklərin xəmirlərindən əsas fərqi –
hazırlayarkən daha çox mayanın əlavə olunmasıdır. Bu onunla
əlaqəlidirki, kuliç xəmirinin tərkibinə çox sayda kişmiş və müxtəlif
ləpələr əlavə edilir, nəticədə xəmir ağırlaşır və gec qalxır. Mayanın
çox olduğu halda isə bu problem öz həllini tapır.



Xəmirin hazırlanması:

Lazım olan inqredientlər hazırlanır.
 



Süd
qızdırılarkan eyni zamanda maya ilə məşğul olmaq olar. Bir bankada
maya, 1 x/q şəkər tozu və yarım x/q isti su qarışdırılır. Maya tam
əriyənədək suda qarışdırılır. Banka isti yerə qoyulur (misal üçün yanan
plitənin yanına).
 



Qazana isidilmiş süd və hazırlanan maya əlavə edilərək qarışdırılır.
 



Ardınca qazana ələkdən keçirdilmiş unun yarı hissəsi əlavə edilir və tam qarışdırılır (qabarıqlar olmamalıdır).
 



Alınmış
xəmir isti yerə qoyulur. Xəmir qalxana kimi yağ hissələrə doğranılır və
tam əridilir. Eyni zamanda yumurtalar çalınır, üzərinə şəkər tozu əlavə
edilir və yenidən tam qarışdırılır. Şəkər tozu ilə qarışdırılmış
yumurtanın üzərinə vanilin yarısı əlavə edilir və qarışdırılır.
 



Xəmir
qalxdıqdan sonra alınmış yumurtalı maye xəmirin üzərinə əlavə edilir və
yaxşı qarışdırılır. Ardınca maye halını alımış kərə yağı əlavə edilərək
yenidən qarışdırılır.
 



Yerdə
qalan un hissəsi ələkdən keçirilir və tədricən kütləyə əlavə edilir.
Ardınca duz və yerdə qalan vanil hissəsi əlavə edilir. Xəmir tam
qarışdırılır və sonda yenidən isti yerə yerləşdirilir. 

 

Kuliçin hazırlanması:

Lazım olan məhsullar hazırlanır. Bunlar xəmir və kuliçin tərkibinə gedən badam ləpəsi, kişmiş və limon qabığıdır.
 



Kişmiş
soyuq su ilə yuyulur, ardınca üzərinə qaynar su tökülür və ələkdə
qurudulur; badam qovrulur və iri hissələrə əzilir; limon yuyulur və
qurudulur. Şişmiş xəmirin üzərinə limon qabığı əlavə olunur və xəmir
yoğrulur.
 



Ardınca eyni proseslər badam və kişmişlə edilir, onlar növbə ilə əlavə edilir və xəmir dərhal qarışdırılır.
 

Xəmirin son dəfə özünə gəlib şişməsi üçün o yenidən isti yerə qoyulur.
 

Xəmir
hazır olduqda, soba 180-200°C temperaturunda qızdırılır, kuliçi hazır
edəcəyimiz formalar yağlanır və 1/3 nisbətində xəmirlə doldurulur.
 



Formalar
qaz plitəsinin üzərinə qoyulur və xəmirin 2/3 nisbətində şişməsi
gözlənilir. Xəmir bir qədər şişdikdə, formalar sobaya yerləşdirilir və
40-45 dəqiqə ərzində 180-200°C temperaturunda bişirilir. İlk 15-20
dəqiqə müddətində sobanın qapısını açmaq məsləhət deyil. Əgər kuliçin
yuxarıları qızarıb lakin içərisi hələ tam hazır deyilsə, o zaman
yuxarısını perqament kağızı ilə bağlamaq olar. Kuliçin hazır olması
nazik çubuqla yoxlanılır.
 



Xəmir
bişəndən sonra soyudulur. Bu arada üzərinin bəzədilməsi üçün şirə
(qlazur) hazırlanır. Bunun üçün 1 ədəd yumurtanın ağı, 1 stəkan şəkər
pudrası və biraz vanil lazımdır.
 



İlk
öncə yumurtanın ağı mikserlə köpürdülür, sonra isə onun üzərinə,
tədricən qarışdıraraq, şəkər pudrası əlavə edilir. Soyudulmuş kuliçlərə
qlazur vurulur və üzərinə qənnadı səpkilər əlavə edilir.
 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!