Pankek resepti - FOTO RESEPT

Pankek resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 82
Hazırlanma vaxtı: 
30 dəqiqə

Tərkibi:


3 ədəd yumurta

2 stəkan un

1 stəkan süd

3 x/q şəkər tozu

1 ç/q soda

duz



Hazırlanması:

İnqredientlər hazırlanır. 

Yumurtanın ağı sarısından ayrılır. 

Yumurtanın ağına şəkər tozu əlavə edilib mikserlə çoxlu qarışdırılır. 

Yumurtanın ağı şişib qatılaşana kimi mikserlə qarışdırılır. 

Yumurtanın sarısına süd əlavə olunub mikserlə 3 dəqiqə qarışdırılır. 

Alınmış kütlələr bir-birinə qarışdırılır (silikon qaşığın köməyi ilə). 

Hazırlanan kütləyə un, soda, biraz duz əlavə olunub un həll olunana kimi asta-asta qarışdırılır.

Pankek
(ing. "pancake") bişirmək üçün teflon tavadan istifadə olunur
(yapışmaması üçün). Tava qızdırılır. Qaşıqla kütlədən isinmiş tavaya
qoyulur. 

Hər iki tərəfi yaxşı qızardılır. 

Pankek
hazır olduqda soyuması üçün pergament kağızı və ya salfetin üzərinə
qoyulur. Süfrəyə şokolad yağı, bal, mürəbbə ilə verilir.
 





 

 

 

 

 

 

 

 

 

 

 

 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!