Kəsmikli keks resepti - FOTO RESEPT

Kəsmikli keks resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkibi:

3 ədəd yumurta

2 stəkan şəkər tozu

200 qr kəsmik

2 x/q xama

100 qr kərə yağı

2 stəkan un

qabartma tozu

vanil



Hazırlanması:

İnqredientlər hazırlanır.
 

Qoz biraz qovrulur və xırda hissələrə ayrılır.
 

Kərə yağı əridilir.
 

Yumurtanın üzərinə şəkər tozu əlavə olunur rəngi açılana kimi mikserlə qarışdırılır.
 

Yumurtalı qarışığa kəsmik, əridilmiş yağ və xama əlavə edilib yenidən mikserlə qarışdırılır.
 

Alınmış qarışığa un, qabartma tozu və vanil əlavə olunub silikon qaşıqla yaxşı qarışdırılır.
 

Keksın xəmiri hazır olduqda qoz əlavə olunub qarışdırılır.
 

Xəmir tavaya əlavə olunur.
 

Keksın üzəri bəzəkli olması üçün şokolad qırıntılarından istifadə etmək olar.
 

Keks əvvəlcədən 190ºC isidilmiş sobada 25 dəqiqə bişirilir.
 




 

 

 

 

 

 

 

 

 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!