Yerkökülü peçenya resepti - FOTO RESEPT

Yerkökülü peçenya resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 24
Hazırlanma vaxtı: 
1 saat 15 dəqiqə

Tərkibi:


0.5 kq kök

100 qr kərə yağı

4-5 stəkan un

1 stəkan şəkər tozu

vanil



Hazırlanması:

İnqredientlər hazırlanır. 

Kökün qabığı təmizlənir, sürtkəcdən keçirilir və üzərinə şəkər tozu əlavə olunur. 

Kərə yağı əvvəlcədən otaq temperaturunda yumuşaldılır, kökə əlavə olunur. 

İnqredientlər əlnən yaxşı qarışdırılır. 

Alınan kütləyə un və vanil əlavə olunub biraz bərk xəmir yoğrulur. 

Alınan xəmirdən kündələr hazırlanır.
 

Xəmir oxlov ilə 1sm qalınlığında açılır.
 

Stəkanın ağzı ilə xəmir kəsilir.
 

Alınmış dairəvi xəmirlər tavaya qoyulur.
 

Əvvəlcədən 190°C temperaturunda isidilmiş sobada üstü qızarana kimi bişirilir.
 





 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!