Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 11
Tərkibi:

150 qr kərə yağı

150 qr buğda unu

50 qr yulaf unu

100 qr badam

50 qr şəkər tozu və 3-4 x/q üzərinə səpmək üçün

1 ədəd yumurta

zövqə görə vanil



Hazırlanması:

Badamın
insan orqanizminə olduğu xeyirdən saatlarnan danışmaq olar. Onu bal ilə
yemək qaraciyərə və dalağa dərmandır. Yağı üzdəki ləkələri aparır,
qırış və çatlaq üçün məlhəmdir. Yağını qulağa damcılatmaq qulaq ağrısını
kəsər. Amerikalı tədqiqatçıların araşdırmasına əsasən məlum olub ki,
badam qanda xolesterinin miqdarını aşağı salma xüsusiyyətinə malikdir.

Bu qayda ilə hazırlanan badamlı peçenya isə çox dadlı, zərif, asan hazırlanan və xırt-xırtlı alınır.

Soba 180°C temperaturunda isidilir və inqredientlər hazırlanır.
 



Yaxşı olar ki, qızardılmamış badamdan istifadə edəsiniz. Çünki bişəndən sonra onun ətri daha çox bilinəcək. 

Kasaya yumşaldılmış kərə yağı və 50 qr şəkər tozu əlavə edilir. 
 

Üzərinə
un (və zövqə görə bir qədər vanil) əlavə edilərək əlnən qarışdırılır,
sanki qum qırıntıları yaradılır (iri qum qırıntıları). 
 



Sonra alınan «qırıntıların» içinə yumurta əlavə edilərək xəmir yoğrulur.
 



İndi
isə badam ləpələrinin növbəsidir. Onları çox xırda şəkildə doğramaq
lazımdır. Bu işin örtəsindən isə blender yaxşı gələr. Lakin həvəng və ya
adi oxlovla da keçinmək olar. Əzin, döyün, üyüdün - istədiyiniz kimi
edin, amma nəticədə iri tikələr qalmasın.
 

Xəmir yoğrulur. Xəmirdən kündə hazırlamağa ehtiyyac yoxdur.
 

Kündənin əvəzində
xəmirdən «kolbasa» forması hazırlayacayıq. Alınan hər bir kolbasa şəkər
tozunda yırğalanır. İnqredienlərdə qeyd edilən 3-4 xörək qaşığı şəkər
tozu məhz burada istifadə edilir.
 

Alınan
hər bir kolbasa, ara məsafəsi 1-1.5 sm verilməklə doğranılır. Nəticədə
peçenya kiçik diniş, kərpic formasında alınmalıdır, başqa cür ad
tapmaq olmur :)
 

Peçenyalar tavaya düzülür və əvvəlcədən 180°C temperaturunda isidilmiş sobaya yerləşdirilir.
 

Sobada 15-20 dəqiqə bişirilir. Hazır olduqda yedikcə doya bilməyəcəksiniz! 

Qeyd üçün vurğulayaq ki, əgər peçenyanın tam dietik olmasını istəyirsinizsə adi şəkər tozunu dietik şəkərnən əvə bilərsiniz.
 





 

 

 

 

 

 

 

 

 

 

 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!