Ponçiklər resepti - FOTO RESEPT

Ponçiklər resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 5
Hazırlanma vaxtı: 
1 saat 30 dəqiqə

Tərkibi:


500 qr un

250 ml süd

12-15 qr quru maya (1 paket)

50 qr yumşaldılmış kərə yağı

2 x/q şəkər tozu

0.5 ç/q duz

500 ml bitki yağı (qızardılması üçün)



Hazırlanması:

Ponçik
əsasan yağda qızardılmış xəmirdir. Xeyrli olmasada, çox dadlıdır!
Xəmiri süd ilə hazırlananda isə daha ətirli və koppuş alınır. Ələ
yapışmır və ponçik hazırlananda əlavə una ehtiyyac qalmır, nəticədə
qızardılması çox rahat olur.

 

İri kasaya quru maya, duz, şəkər tozu və isti süd əlavə edilir. Maya tam əriyənə qədər hamısı qarışdırılır.
 



Un və yumşaldılmış kərə yağı parçaları əlavə edilərək xəmir yoğrulur.
 

Xəmirdən
yavaş-yavaş kündə əmələ gələndə, onu un səpilmiş lövhəyə yerləşdirərək
5-7 dəqiqə ərzində yaxşıca əzin. Hətta, əvvəlcə xəmir bir qədər yapışqan
olsa belə, narahat olmayın, sadəcə əzməyə (yoğurmağa) davam edin.
Nəticədə xəmir yumşaq və elastik alınacaq.

Xəmir
yenidən kasaya əlavə edilir, üstü nəmli dəsmal ilə bağlanıb isti yerə
yerləşdirilir. Çünki nəmli və bir qədər isti mühüt bakteriyaların
artması üçün əlverişli yer hesab edilir. Maya isə bakteriyadır. İsti yer
qismində adi sobanı istifadə etmək məsləhətlidir. Oranı bir qədər
isidin, içəridəki temperatur otaq temperaturundan biraz isti olsun və
kasani oraya yerləşdirin. Xəmir bir saat ərzində qalxacaq. Həcmdə isə
3-4 dəfə artacaq.
 



Xəmiri
yüngülcə əzin ki onu rahat kündələyə biləsiniz və xəmirdən kiçik
hissələr qopardaraq ponçiklər formalaşdırmağa başlayın. Hazırladığınız
dairəvi formaları yağlanmış tavanın üzərinə düzün və 10-15 dəqiqə
gözləyin. Bu vaxt ərzində xəmir formalarına yenidən bir qədər hava hopar
və onlar həcmdə şişmiş olar.
 

Dərin
qazanda təmizlənmiş və qoxusuz olan bitki yağı qızdırılır. Yağ tam
qızandan sonra ponçikləri qazana buraxa bilərsiniz. Bir tərəfdən
təxminən 30 saniyyə qızardın, sonra isə çevir ki, rənginə görə hər
tərəfi bərabər olsun.
 



Hazır
ponçiklər kağız mətbəx salfetləri üzərinə (və ya adi təmiz dəsmal
üzərinə) yerləşdirilir ki, üzərində qalan artıq yağlar süzülsün.
 



Süfrəyə verərkən üzərinə bolluca şəkər pudrası səpin, zövqə görə şokoladlı kremlə də yeyilə bilər. 




 

 

 

 

 

 

 

 

 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!