Qat-qat alma piroqu resepti - FOTO RESEPT

Qat-qat alma piroqu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 3
Hazırlanma vaxtı: 
35 dəqiqə

Tərkibi:


100 qr un

100 qr kəsmik

100 qr kərə yağı

2 ədəd alma

1 x/q şəkər tozu

1 ədəd yumurta

0,5 ç/q darçın (əzilmiş)

zövqə görə 1 ç/q konyak (və ya rom)

1 ç/q limon şirəsi

1-2 ç/q şəkər pudrası



Hazırlanması:

Kövrək
xəmirdə hazırlanan orijinal alma piroqu. Əgər siz də mənim kimi, asan
hazırlanan, lakin dadlı reseptlər sevirsinizsə, o zaman siz bunu
bəyənəcəksiniz.
 



Soyuducudan kəsmik, un və yağ götürülərək mətbəx kombaynında qarışdırılır.
 



Yumurta
əlavə edərək qısa zamanda (yağ əriməmiş) xəmir yoğrulur və kündə
hazırlanır. Burada diqqətli olun - əgər kəsmik nəmlidirsə, o zaman
yumurtaya ehtiyyac olmaz. Əgər yumurtanı əlavə edəndən sonra xəmir
yapışqan alınsa, bu halda bir qədər un əlavə etmək lazım gələr. Alınan
kündə mətbəx plyonkasına bükülüb 30 dəqiqəlik soyuducuya yerləşdirilir.
 



Almalar yuyulur, özəyi çıxarılır və zövqə görə qabığı soyulur.
 



Almalar dilimlənir, limon şirəsi və ətirli alkoqollu içki ilə səpilir. Üzərinə şəkər tozu və darçın vurulur.
 



Xəmir yayılır və tavaya yerləşdirilir. Üzərində ixtiyari qatlar edilir.
 



Qatların aralarına alma dilimləri yerləşdirilir və üzərinə piyalədə qalan sirop səpilir.
 

Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada təqribən 30 dəqiqə bişirilir.
 

Süfrəyə verildikdə, zövqə görə nanə yarpaqları ilə bəzəmək olar. 





 

 

 

 

 

 

 



Nuş olsun! 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!