Tort sufle quş südü resepti - FOTO RESEPT

Tort sufle quş südü resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 24
Hazırlanma vaxtı: 
40 dəqiqə

Tərkibi:


Diametri 25 sm olan tort üçün:

500 qr yağlı 35% qaymaq

7 ədəd yumurta

3 ədəd dairəvi biskvit

20 qr jelatin

250 qr şəkər tozu (1 stəkan)

200 ml su (jelatin üçün)

Bəzədilməsi üçün:

300 qr qara şokolad

60 ml qaymaq



Hazırlanması:

İnqredientlər hazırlanır.
 



Jelatin isti suya əlavə edilir. Kremin hazırlanmasına qədər jelatin tam əriyər.
 



Formanın
dibinə və qıraqlarına bişirmə kağızı sərilir. Bu cür etməklə hazır
tortu formadan çıxarmaq asan olacaq. Bişirmə kağızının sürüşməməsi üçün
forma əvvəlcə bir qədər yağlanır.
 



Dükandan
hazır alınan biskvitlərin sayı 3 ədəd idi. Onlardan biri tortun aşağı
hissəsi olacaq və o formanın dibinə yerləşdirilir.
 



Qalan iki biskvitlər isə tortun qıraqlarında istifadə ediləcək. Onlar şəkildəki kimi kəsilir.
 



Formadakı biskvitin üzərinə şəkildə göstərildiyi kimi, bir birinə söykəyərək düzülür.
 



Forma hələlik soyuducuya yerləşdirilir. İndi isə «quş südü» ilə məşğul olaq.
 

Qaymaq
soyudulur, bu halda onu çalmaq daha rahat olur. Əlbətdə, mikserlə daha
tez və rahat çalmaq olar, lakin əlnən, mətbəx tacı köməyi ilə də bunu
etmək mümkündür. Əsas odur ki — blenderlə bunu etməyin, yoxsa qaymaq
yağa və suya parçalanar.

Yumurtanın
ağı sarısından ayrılır və çalınaraq bərk köpük halına gətirilir. Bunun
üçün dərin plastik qabda ilk öncə yumurtaların ağları yaxşı çalınır.
Sonra köpük bir qədər bərkidikdə üzərinə lazım olan miqdarda şəkər tozu
əlavə edilir.
 



Mikserlə
bu əməliyyatları daha da sadə və rahat görmək mümkündür.  Şəkər tozu
əlavə ediləndən sonra qatı hala çevrilənə qədər yenidən çalınır.
 



İndi isə yumurtanın ağından hazırlanan köpük və tam əridilmiş jelatin qaymağa əlavə edilir.
 



Ehtiyyatla, yavaş-yavaş qarışdırılır. Bərk qarışdırmaq olmaz, bu halda "şişmə effekti" itə bilər.
 

Krem biskvitin üzərinə əlavə edilərək soyuducuya yerləşdirilir.
 



Həmçinin
gecədən səhərə kimi də soyuducuda saxlamaq olar. Soyuyandan sonra artıq
bəzəmək olar. İlk növbədə biz biskvitlərin uclarını kəsdik.
 



Az odda şokolad qaymaqda əridilir.
 



Şokoladlı sous bir qədər soyuyandan sonra mussun üzərinə əlavə edilir.
 

Üzərini şokoladlı yonqarla bəzəmək olar.
 



Beləliklə tort hazırdır. Yeni il ərəfəsində bu cür tortu kiməsə hədiyyə aparmaq və ya desert kimi istifadə etmək yerinə düşər. 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!