London sayağı çizkeyk resepti - FOTO RESEPT

London sayağı çizkeyk resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 3
Hazırlanma vaxtı: 
1 saat 25 dəqiqə

Tərkibi:


150 qr peçenya (savoyardi - "qadın barmaqları")

60 qr kərə yağı

250 qr krem-pendir

600 qr rikotta pendiri

5 ədəd yumurta

100 qr şəkər tozu

100 qr bal



Hazırlanması:

Hazırda
dünyada yüzlərlə müxtəlif çizkeyk reseptləri mövcuddur. Fərqli
inqredientlər çizkeykləri bir-birindən fərqləndirir. Hər bir çizkeykin
əsas və ən vacib inqredienti isə pendirdi (Filadelfiya, Maskarpone,
Rikotta və digərləri). Bu çizkeyk resepti "The Cheesecake Bible"
kitabından götürülüb və İngiltərənin ənənəvi şirniyyatlarından biridir.

 

Lazım olan inqredientlər. 

Kərə yağı əridilir və bir kənara qoyulur.
 

Peçenya blenderdən keçirdilir.
 

Üyüdülmüş peçenyanın üzərinə əridilmiş yağ əlavə edilir.
 

Yaxşı qarışdırılır.
 

Forma
qabının altı və qıraqları folqa kağızı ilə örtülür. Peçenya qırıntıları
qaba əlavə edilərək altı düz boşqabla sıx-sıx formanın dibinə
basdırılır. Əvvəlcədən 180°C qızdırılmış sobada 10-15 dəqiqə bişirilir.
 

Keks qızılı rəng alınmalıdır. Hazır keks bir kənarda soyudulur.
 

İçlik hazırlanır. Bunun üçün rikotta pendiri çalınaraq krem halına gətirilir.
 

Alınmış kremə şəkər tozu, bal və krem-pendir əlavə edilir.
 

Hamısı mikserlə tam qarışdırılır.
 

Limon qabığı sürtkəcdən  keçirdilir.
 

Limon qabığı və limon şirəsi kəsmikli kütləyə əlavə edilərək qarışdırılır.
 

Ardınca
bir-bir yumurtalar əlavə edilir və mikserin aşağı sürətində
qarışdırılır. Kütlədə hava qabarcıqları əmələ gəlməsin deyə bu etapı tez
keçmək lazımdır.
 

Alınan kütlə formaya əlavə edilir.
 



Forma
oda dayanıqlı tavaya yerləşdirilir və tavaya təqribən 3-4 sm qədər su
əlavə edilir. Əvvəlcədən 170°C temperaturunda qızdırılmış sobada
təqribən 60-80 dəqiqə bişirilir. Nəticədə çizkeykin üstü qızılı rəng
alır, içərisi isə bir qədər yırğalanmalıdır, bunun qorxusu yoxdur çünkü
sonra çizkeyk soyuducuda tam soyudulacaq.
 

Hazır
çizkeyk sobadan çıxardılır, bir qədər soyudulur, qıraqları bıçaqla
tavadan bir qədər ayrılır və bir günlük soyuducuya yerləşdirilir. 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!