Zərif Napoleon tortu resepti - FOTO RESEPT

Zərif Napoleon tortu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 41
Hazırlanma vaxtı: 
55 dəqiqə

Tərkibi:


5 ədəd yumurta

220 qr + 200 qr kərə yağı

700 qr + 4 x/q un

3/4 ç/q duz

1 litr süd

400 qr şəkər tozu

1 paket vanil

30 qr acı şokolad (bəzək üçün)

30 qr kokos (bəzək üçün)



Hazırlanması:

Şübhəsiz
hər bir xanımın öz yoxlanmış "Napoleon" tortu resepti var. Hazırki
resept ilə alınan tort ağızda əriyən, çox zərif və dadlı alınır. 

Un ələkdən keçirilir. Yumşalmış kərə yağı əlavə edilir (220 qr). Hamısı qarışdırılır. 

Çəngəl vasitəsi ilə duzla yumurta qarışdırılır və ümumi həcmi 250 ml alınması üçün su əlavə edilir.
 

Yumurtalı
maye yağlı un kütləsi ilə qarışdırılır. Elastik, ələ yapışmayan xəmir
yoğurulur. Mətbəx plyonkası ilə bağlanılıb 30 dəqiqə saxlanılır.
Nəticədə xəmir daha elastik olacaq.
 

Xəmir 10-13 ədəd bərabər hissələrə bölünür. Kündələr dəsmal ilə örtülür.
 

Hər bir kündə nazik yayılır və üzərinə forma qoyularaq yumru kəsilir. Yayılmış xəmirdə çəngəl ilə dəliklər edilir.
 

Əvvəlcədən
200°C qızdırılmış sobada təqribən 4 dəqiqə bişirilir, xəmir bir qədər
qəhvəyi rəng alana qədər. Xəmir bişənə qədər, digər kündələr eyni
qaydada yayılıb hazırlanır. Bütün xəmirlərin hazır olması təqribən 40
dəqiqə vaxt aparır.
 

Bişmiş xəmirlər (yuxalar) üst-üstə yığılır. 

Krem hazırlanır. Bunun üçün 4 ədəd yumurta şəkər tozu və unla (4 x/q) qarışdırılır. 
Tam, qabarıqsız olana qədər qarışdırılır.
 

Tədricən,
qarışdıraraq isti süd əlavə edilir. Orta odda və daima qarışdıraraq,
krem qatılaşana qədər bişirilir. Alınmış kütlə oddan çıxarılıb
soyudulur.
 

Yumşaq
kərə yağı (200 qr) çalınır və tədricən ona hazırlanan krem əlavə
edilərək qarışdırılır. Beləliklə bütün krem yağla qarışdırılır.
 

Hər bir yuxaya çoxlu krem çəkilir. Və əlnan üst-üstə sıxılır.
 

Zövqə
görə bəzədilir. Əgər bayram tortu deyilsə, o zaman üzərinə sadəcə
ovulmuş yuxa səpə bilərsiniz. Bu tortda əridilmiş qara şokoladdan şam
ağacları hazırlanıb, qıraqlara isə kokos səpilib. 




 

 

 

 

 

 

 

 

 

 

 

 
Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!