Almalı skon resepti - FOTO RESEPT

Almalı skon resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 15
Hazırlanma vaxtı: 
1 saat 10 dəqiqə

Tərkibi:


450 qr un

5 ç/q qabartma unu

1,5 ç/q duz

110 qr yağ

50 qr şəkər tozu

450 qr alma

süd (xəmir yoğurmaq üçün)



Hazırlanması:

Səhər yeməyində skonla çay içmək ingiltərənin qədim ənənəsidir. Skonlar (ing. "scone") — böyük ölçüdə olmayan ənənəvi ingilis bulkalarıdır.

İnqredientlər.
 



Soba
200°C temperaturunda qızdırılır, tavaya yağ çəkilir və bir az un
səpilir. Böyük boşqaba ələkdən keçirərək un, qabartma tozu və duz əlavə
edilir.
 

Yağ xırda kubiklər şəklində doğranılıb una əlavə edilir.
 

Yağ unda qarışdırılır, şəkər tozu əlavə edilir. Yaxşı qarışdırılır.
 

Almalar təmizlənir. Almaların yarısı iri sürtkəcdən keçirilir, digər hissəsi isə xırda doğranılır (şəkildəkindən də xırda).
 

Almalar
una əlavə edilir. Yaxşı qarışdırılır. Tədricən, xörək qaşığı ilə süd
əlavə edilir və xəmir yoğrulur. Reseptdə cəmi 2 x/q süd istifadə edilib. 

Xəmir un səpilmiş taxtaya qoyulur və qalınlığı təqribən 1 sm ölçüdə yayılır.
 

İti forma ilə skonlar kəsilir. Diqqət edin ki forma iti olsun, qıraqları zədələmədən. Stəkan bu halda köməyə gəlməz.
 

Skonlar tavaya düzülür. Üzərinə süd vurulur və azmaz şəkər tozu səpilir. Təqribən 20-25 dəqiqəlik sobaya yerləşdirilir.
 

Hazır skonlar sobadan çıxardılıb, soyuması üçün boşqaba yerləşdirilir.
 

Nəhayət ingilis səhər yeməyi hazırdır! Süfrəyə verərkən zövqə görə üzərinə pendir və çiyələk cemi qoymaq olar. 




 

 

 

 

 

 

 

 

 

 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!